Noyabrın 13-də ATV kanalında yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Xalq yazıçısı Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırmışdır... TV efirindən belə məsuliyyətsiz ifadələr təhqir kimi qiymətləndirilə bilər və Xalq yazıçısı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib... Bəs hazırda vəziyyət necədir? Xalq yazıçısı TV aparıcını bağışlayacaq, yoxsa sonadək gedəcək? Tezadlar.az bildirir ki, Ç.Abdullayev özünün sosial media platformasında belə bir açıqlama yayıb. Sitat: "Əziz dostlar, həmkarlar, oxucular! Mənimlə bağlı bu hadisəyə görə təəssüflənməyin. O qız öz ağlını, tərbiyəsini, savadını, biliyini göstərdi. Kanal öz mövqeyini əla göstərdi. Bu hadisəni yada salanda mənim ürəyim bulanur. Mən məhkəməni udacağımı bilirəm. Bu jurnalistin oğlu var. O, böyüyəndə anası haqqında olanları eşidəndə utanacaq. Mənim oxucularım müraciət edərək bu kütlə ilə məhkəmədə çəkişməməyi xahiş edirlər. Baxmayaraq ki, əlbəttə lazımdır. Amma yenə də çox iyrəncdir. Buna görə də mən fikirləşirəm. Qoy bundan sonra da pis sözləri deməyə, yazmağa davam etsinlər. Bu, onların yeganə sevincidir.
​Дорогие друзья, коллеги, читатели! Не нужно меня жалеть. Эта молодая особа показала свой ум, воспитание образование, начитанность. Канал тоже оказался на высоте. Мне противно даже упоминание этой ситуации. Полагаю, что могу выиграть в суде за оскорбление чести и достоинства. Но все равно ужасно противно. Связываться с этой публикой. Такое чувство понятной брезгливости.У этой журналистки растёт сын. Однажды он узнает все о своей маме и ему будет стыдно. Ко мне обращаются мои читатели и просят не судиться с этой публикой. Наше презрение к этим людям зашкаливает. Хотя наверно нужно наказывать.Но все равно очень противно. Поэтому я думаю. Пусть продолжают писать и говорить гадости? Может это их единственная радость?".
Bu açıqlama artıq o deməkdir ki, Xalq yazıçısı TV aparıcını onun oğluna bağışlamaq fikrindədir... Bağışlamaq isə böyüklükdür...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN