"Təzadlar"ın rəsmi saytının 24 noyabr tarixli sayında Şirvan Mərkəzi Xəstəxanasında qısa vaxt ərzində baş vermiş uşaq ölümləri barədə yazı qalmaqala səbəb olub...

Belə ki, uşaq ölümləri ilə bağlı rekord qıran bu xəstəxana hələ bir mükafata da layiq görülüb... Sən demə, “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB-i sentyabr, oktyabr, noyabr aylarında Astara, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı… rayonlarında insan hüquqları sahəsində vəziyyətin öyrənilməsi ilə bağlı 100 respondent arasında gizli sorğu aparıb və hər rayona 7 sorğuşu düşən bu monitoriqdən sonra Şirvan Mərkəzi Xəstıxananın doğum şöbəsi ən yaxılardan olub. Düzü çox təəccüblüdür. Axı təxminən son bir ayda neçə-neçə körpə ölümünün baş verdiyi Şirvan doğum evində necə oldu ki, “ana-uşaq ölümlərinin vəziyyəti yüksək qiymətləndirilib”?! Bəs doğum evində körpəsini itirmiş Quliyeva İlahə Musaxan qızı – doğuş həkimi Şəhla xanım, Bəşirova Gündüzə Qulu qızı – doğuş həkimi Sevda xanım, Tağıyeva Türkanə Yaşar qızı – doğuş həkimi Elnarə xanım,  Musayeva Günəş Nazim qızı – doğuş həkimi Şəhla xanım, Əlizadə Tünzalə Əziz qızı – döğuş həkimi Nəcəfova İlahə xanım… Həmin anaların ahı, fəryadı?! Bu körpə ölümlərinin sayını- hesabını bilən xəstəxana – ginekologiya və doğum şöbəsinin rəhbərliyi necə ola bilər ki, bu mükafatdan imtina etməyib, əksinə, sevinclə qəbul edərək, hələ bir sosial şəbəkələrdə geninə-boluna fəxrlə paylaşımını da ediblər!

XXX 

Bu barədə az sonra ətraflı yazılacaq. Bizdə olan məlumata görə, artıq Səhiyyə Nazirliyi və hüquq mühafizə orqanları məsələni araşdırır... Ən gülməlisi odur ki, sorğu aparmış “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB rəhbəri Azad İskəndərli (Başbuq) dünən havalanaraq TikTOK- da paylaşım edərək videoçıxışında uşaq ölümlərini boynuna alıb... Başbuğ etirafını belə əsaslandırıb ki, guya ölən uşaqların hamısı əvvəldən ölü olubmuş... Tanınmış həkim(doğuş üzrə) "Təzadlar"a bildirdi ki, bu absurd iddiadır... "Çünki qadınlar hamimiləliyin ilk aylarından doğuşa qədər həkim nəzarətində olurlar. Körpə ana bətnində ölü olubdursa, bəs sahə həkimi niyə vaxtında məlumatlandırmayıb? Yaxud, məlumatlandırmaya bilməzdi...".

Bu barədə də ətraflı bəhs ediləcək və Başbuğun qalmaqallı videoçıxışı YouTube üzərindən təqdim ediləcək...

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN