Uzun fasilədən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan prezidenti Zurabaşviliyə xoş münasibətini ifadə edib...

"Qolodomorun anım günündə mən Ukrayna ilə həmrəyliyimi bildirirəm, 90 il sonra da zülmkar təcrübələrə müqavimət bizim ümumi borcumuz olaraq qalır", -deyən Gürcüstan prezidenti Salome Zurabişvili Qolodomor Qurbanlarının il dönümü ilə bağlı şəxsi Twitter səhifəsində yazıb. Sitat:  “Qolodomorun anım günündə mən Ukrayna ilə həmrəyliyimi bildirirəm, biz sovet rejiminin terrorunun qurbanlarını yad edirik. 90 ildən sonra zülmkar təcrübələrə müqavimət bizim ümumi borcumuz olaraq qalır ki, tarixin təkrarlanmamasını təmin edək”.

 Ukrayna prezidenti Volodimir Zelenski isə postun şərhində Gürcüstan prezidentinə cavab verib: “Qolodomorun anım günündə Ukrayna ilə həmrəyliyinizi yüksək qiymətləndirirəm. Xalqlarımız Moskvanın aqressiv siyasətinin çoxlu əzab-əziyyətlərini çəkiblər. Azadlığımızı və xalqımızı qorumaq üçün bir-birimizə dəstək olmalıyıq”.Tezadlar.az xatırladır ki, Qolodomor Ukrayna dilindən tərcümədə "aclıq" və "öldürmək" sözlərindən əmələ gəlmişdir. 1932–1933-cü illərdə dönəmin Sovet Ukraynasında indiki, Ukrayna və Rusyanın Kuban əyalətində süni olaraq törədilən qıtlıq səbəbilə 8 milyondan çox insanın öldüyü soyqırım aktı nəzərdə tutulur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN