Bu gün Xankəndi Pedaqoji İnstitunda uzun illər çalışmış, professor Raqub Kərimov tezadlar.az-ın qonağı oldu... Professorla müsahibədə təxminən 35 il əvvələ-Qarabağın qaynar vaxtına ekskursiya etdik... Və ürəyindəkiləri tezadlarTV-yə boşaltdı, sensasion faktlar açıqlandı. Məsələn, hansı universitetlərin müəllim və tələbələri Xankəndiyə köçürüləcək?; 1988-ci ildə Azərbaycanlı müəllim və tələbələr Xankəndini tərk edəndən sonra APİ- nin Şuşa filialı kimin təhriki ilə Ağcabədi filialına çevrildi? Məqsəd nə idi?; Lidiya Rəsulova 1988-ci ildə ermənilər tərəfindən Xankəndidən qovulub Malıbəyliyə gəlmiş tələbə və müəllimlərə üzünü tutub "Niyə qoymursunuz ermənilər öz torpağında rahat yaşasın?" deyəndən sonra Şuşa şəhər Sovetinin sədri Aydın Hüseynov onu Şuşadan Bakıya necə yola salmışdı?; Sonralar təhsil naziri olanda Lidiya Rəsulova Aydın Hüseynovdan necə qisas almışdı?; Bəs Xankəndi Pedaqoji Universitetində işləyən müəllimlərdən kimlər erməniləri qeyd- şərtsiz dəstəkləyirmiş? İndi onlardan kimlər harda işləyir?? 
Bu və ya digər suallara bu gün saat 17:00- da tezadlarTV- nin efirində yayımlanacaq "Qarabağ Universitetinə kimlər rəhbərlik edəcək?" müəllif verilişində cavab tapa biləcəksiniz...
Tarixi unutmaq özümüzü unutmaqdır. Mənfur ermənilərin əməlləri unudulmamalıdır, gələcək nəsillər onların amansızlığını, xain və qəddarlığını bilməlidir...
A.Məmmədli
raqub-1
raqub-3
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN