Azərbaycanda elə məmurlar var ki, Azərbaycana "Can qurban!" deyir, amma əməli fəaliyyət araşdırılanda bəlli olur ki, ailəsi can qurban dediyi Azərbaycanın pulunu xarici ölkələrə daşıyıb xeyrini həmin ölkələrin iqtisadiyyatına verir... Vətənpərvərlik, bizcə, həm də Vətənə pırvər olmaqdan-canı dildən xidmətdən keçir... Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə çox maraqlı bir araşdırma materialını özünün sosial media platformasında paylaşıb. Sitat: "...Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin oğlu İlkin Yetirmişli GÜLMIR GMBH-ni 2014-cü ildə Almaniyanın Şverin şəhərində 25 min avro nizamnamə kapitalı ilə təsis edib. "GÜLMİR" adı baş seysmoloqun həyat yoldaşının ad və soyadının qısaldılmış birləşməsidir - Gülnarə Mirzəyeva. Şirkət bir müddət Berlində də fəaliyyət göstətib və iki il əvvəl baş seysmoloqun oğlu onu bağlamalı olub.
Bundan əvvəl isə Qurban Yetirmişlinin oğlu Riqada hazırda “Azərlotereya” ASC-nin İdarə Heyətinin üzvü, "Caspian Ticket"in rəhbəri Cahangir Fərəcullayevlə birgə Riqada "Azeri Production, Sabiedrība ar ierobežotu atbildību" ("Azərbaycan məhsulları" Ltd) təsis edib. 2020-ci ildə baş seysmoloqun oğlu Gürcüstanda GEO TRAVEL AZ LTD-ni təsis edib. Bu turizm sektorunda Yetirmişlilər ailəsinin yeganə şirkəti deyil. Qurban Yetirmişlinin qızı Gülçinə Yetirmişli 2015-ci ilin avqustundan "GEO TRAVEL AND TOURS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN təsisçisir. Şirkət Səbail rayonu Teymur Elçin küçəsi 11-də hüquqi qeydiyyatdadır. Elə həmin ünvanda Yetirmişlilərə məxsus ""GEO TRAVEL" QAPALI SƏHMDAR CƏMIYYƏTİ də hüquqi qeydiyyata alınıb. Səhmdar Cəmiyyət 2009-cu ildə baş seysmoloqun həyat yoldaşı MİRZƏYEVA GÜLNARƏ İMRAN qızının adına rəsmiləşdirilib. Onun adına rəsmiləşdirilmiş digər şirkət - "GEO EXPRESS" QAPALI SƏHMDAR CƏMIYYƏTİ isə 2014-cü ildə təsis olunub".
Qurban müəllim çıxışlarında yolunda qurban olmağa hazır olduğu Azərbaycanda zəlzələ məsələlərinə baxır. Amma deyəsən, elə əsl zəlzələ belə faktların ortaya çıxmasıdır... Təbii, deyəcək ki, burda nə var, oğlum bizneslə məşğul olur və s. Düz deyir, bunlar təbii işlərdir. Amma bizim oğlanlarımız niyə xarici ölkələrdə bu cür bizneslə məşğul ola bilmir??? Təkrar edirik, olsun! Amma Azərbaycanın pullarını xaricə daşımaq yox, həmin pullarla, məsələn, Qarabağda da qazanclı biznes qurmaq olar...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN