booked.netbooked.net booked.net  

“Azad olunmuş ərazilərdə Özbəkistan məktəb tikdi, Qazaxıstan isə uşaq yaradıcılıq məktəbi inşa etdi. Bu addımlar digər qardaş türk dövlətinə nümunə ola bilər”.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri KİV-ə açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

O, vurğulayıb ki, qardaş türk dövlətləri həmin ərazilərdə məktəb tikməklə, həmin məktəbdə təhsil alacaq şagirdlərin də yaddaşında həmişəlik həkk oluna bilərlər.

  “Hesab edirəm ki, işğaldan azad edilmiş hər bir rayonda 2-3 məktəbin tikintisi qardaş türk dövlətləri üçün çətin olmaz. Belə bir addımın atılması gələcək nəsillər üçün örnək olar, çünki övladlarımız həmin məktəblərdə təhsil alacaqlar və məktəbin hansı ölkə, hansı qardaş xalq tərəfindən tikildiyini biləcəklər. Bu bizim münasibətlərimizi möhkəmləndirəcək”, - deyə Musa Qasımlı diqqətə çatdırıb.

 Musa Qasımlı, həmçinin xatırladıb ki, bütün dünyada “Qardaşlaşmış məktəblər” var və məktəblərin qardaşlaşması münasibətlərimizi daha da yaxşılaşdıracaq.

 

P.S. Bəli, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə quruculuq, tikinti, bərpa işləri ilə məşğul olur, erməni işğalçılarının talan edib, xarabazara çevirdiyi kənd və şəhərlərimizə yalnız öz büdcə vəsaitləri hesabına yeni nəfəs verir, canlanma gətirir. Biz isə hər zaman yardım etməyi sevən, həmçinin uzanan dost əlini də unutmayan xalqıq!  

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN