booked.netbooked.net booked.net  

Artıq bir müddətdir ki, Fransa prezidenti A.Makron ölkəsini hərbi- siyasi bataqlığa sürükləyən addımlar atır...

Elə bu mənada "Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingentin mümkün göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır...", - deyən Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk TASS-a açıqlamasında bu narahatlığın əsaslarını izah edib. Sitat: “Görünür, onlar böhranın eskalasiyası və böyüməsi risklərindən xəbərsizdirlər. Bu, siyasi infantilizmdir. Kiyev rejiminə silah ötürməyin ağır nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”.

 Tezadlar.az xatırladır ki, Makron bu yaxınlarda isə bildirib ki, Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb. Hətta deyib ki, iştirakçı ölkə rəhbərləri bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.

 Beləliklə, Fransa Rusiyadan tarixi qisasını almaq üçün indi də Ukrayna müharibəsindən bəhrələnmək istəyir. Lakin Fransada unudurlar ki, indi nə zaman 300 il keçmişdəki zamandır, nə də siyasi düşüncələr...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN