booked.net booked.net  

Amerikalı iş adamı Devid Saks qeyd edib ki, Birləşmiş Ştatlar Kiyevə kredit şəklində irimiqyaslı maliyyə yardımı paketi təqdim edib, lakin onun ödənilməsi şərtlərini açıqlamayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Daha əvvəl Nümayəndələr Palatasının spikeri Maykl Conson bildirmişdi ki, Ukraynaya ayrılan vəsaitin təxminən 80%-i Amerikanın arsenallarının artırılmasına yönəldiləcək. O əlavə edib ki, Kiyevə istənilən yardım kreditə çevriləcək.

“Bu “kredit”in faiz dərəcəsi, ödəmə tarixi və ya girov tələbi yoxdur. Siz heç belə kredit görmüsünüzmü?” - deyə iş adamı ritorik şəkildə soruşub.

Xatırladaq ki, ABŞ Konqresində Ukraynaya maliyyə yardımının ayrılması parametrləri ilə bağlı müzakirələr altı ay davam edib. 2024-cü ilin aprel ayının sonunda qanun layihəsi buna baxmayaraq qəbul edildi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN