booked.netbooked.net booked.net  

Təxminən bir ay əvvəl -fevralın 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun

barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.

Bu barədə "Təzadlar"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 05.04.2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

Yaxşı, əgər bu adam xəstə idisə, niyə onu müalicə müəssisələrinı göndərməmişdilər? Yaxud, aydın məsələdir ki, belə dəhşətli qətllər anlaqsız halda törədilir. Və qətldən sonra isə cinayətkar şokdan ayılır, əməlinin mahiyyətini anlayır. Niyə istintaq orqanı ona cəza təyin edərkən və əməlinə hüquqi qiymət verərkən onun sonrakı anlaqlı vəziyyətinə uyğun qərar qəbul etməsin? Belə çıxır ki, bir ailəni məhv et, sonra səni rahatca müalicə müəssisəsinə göndərsinlər?!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN