booked.netbooked.net booked.net  

Ermənistanın siyasi rəhbərliyinin Azərbaycanın indiyədək işğal altında olmuş 4 nkəndini qaytarmasına dünya ölkələrindən fərqli reaksiyalar görünür...

Hətta ABŞ və BMT-nin ardınca Azərbaycanla Ermənistan arasındakı bəlli razılaşma dünən Avropa Şurasının rəhbəri Şarlz Mişel, Türkiyə və Almaniyanın Xarici İşlər nazirlikləri tərəfindən də alqışlanıb. Deyilənə görə, Makron da bundan razı görünür. Amma Moskva və Tehran timsalında ən yaxın qonşular prosesin sülh yolu ilə getməsindən elə bilki məmnun deyillər və susurlar. (Turan İA). Şarlz Mişel açıqlamasında “Biz Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı hərarətlə alqışlayırıq. Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldəki müzakirələrin əsas elementi olub və bütün regionun normallaşması və sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”, -deyib. 

rus-sulh

Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, “Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası haqqında saziş sülh sazişinin qarşısında duran mühüm maneəni aradan qaldırır. Almaniya davamlı sülh yolunda hər cür dəstəyi verməyə hazırdır”. Türkiyə Xarici İşlər Nazirliyi də sərhədlərin delimitasiyası üzrə Azərbaycan-Ermənistan komissiyasının aprelin 19-da əldə etdiyi razılaşmaları alqışlayır. Sitat: “Biz 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmanı məmnuniyyətlə alqışlayırıq. Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”.

 Rusiya isə ABŞ-ın Ukraynaya 61 milyard dollarlıq yardımının dərhal ardınca Qarabağdakı hərbi kontingentini çıxarması isə maraqla izlənilir. Görünür Rusiya Qarabağ üzərində baş verənlərə şəkildə sevinmir. O, ki qaldı Tehrana, orda birdən anladılar ki, Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Naxçıvan arasında əlaqənin yaranmasında İranın tranzit ölkə kimi rolu xeyli zəifləyə bilər. Hətta Paşinyan elə addım ata bilər ki, İranın bu məsələdə rolu inkar edilər, oyundan kənar vəziyyətə düşə bilər  

Beləliklə, bölgədə baş verənlər tarixi hadisə sayıla bilər. Kimin ağlına gələ bilərdi ki, tarix boyu Rusiyaya güvənib Türkiyəyə və Azərbaycana işğalçı kimi baxan Ermənistan indi bütün işal edilən əraziləri qaytarar, Rusiyadan imtina edər və... Ardını səbrlə izləmək və tarixdə daha nələrin baş verəcəyini görmək lazımdır. Çünki qarşıda Ukraynada müharibənin yeni dönəmi durur... 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN