booked.netbooked.net booked.net  

Gürcüstan Parlamenti qarşısında “Rusiya qanunlarına yox” şuarı ilə keçirilən etiraz aksiyası körüklənməkdədir...

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, aksiya iştirakçıları qanunverici orqandan Ali Məhkəməyə qədər yürüş ediblər. “Rusiya qanunlarına yox” şüarı ilə keçirilən yürüş zamanı qarşıdurma baş verib. Qarşıdurma etirazçılar Ali Məhkəməyə doğru hərəkət edən zaman baş verib. Belə ki, yürüş zamanı bir neçə vətəndaşın onlara yaxınlaşaraq satqın adlandırması dava və qarşıdurma ilə nəticələnib. Gənclər bildiriblər ki, sabahdan müxtəlif universitetlərdə etiraz aksiyası davam edəcək. Aksiyanın təşkilatçılarının sözlərinə görə, tələbələr qanun layihəsi ilə bağlı görüşlər keçirəcək, müzakirələr aparacaqlar.

Aksiyanın təşkilatçıları isə qeyd ediblər ki, aksiya hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürənə qədər davam edəcək. Siyasi gərginliyə isə ölkənin prezidenti və baş naziri də müdaxilə etməkdədir...

Yasəmən Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN