booked.netbooked.net booked.net  

Dünyanın diqqətində olan Ukrayna-Rusiya qarşıdurması və müharibə təhlükəsi hər an aktualdır...

"NATO Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə dialoq aparmağa hazırdır. Lakin vəziyyət gərginləşsə, bu, Rusiyaya baha başa gələcək". "Təzadlar Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O deyib ki, siyasi həll hər bir tərəf üçün sərfəlidir: “Heç kim silahlı münaqişədə maraqlı deyil. Siyasi həll hər birimiz üçün sərfəlidir. Ancaq biz ən pis ssenariyə də hazırıq. Rusiya növbəti dəfə Ukraynaya qarşı güc tətbiq etsə, iqtisadi və siyasi sanksiyalarla bunun əvəzini ödəməli olacaq. Biz Ukraynaya onun özünümüdafiə hüququnu dəstəkləmək üçün yardım göstərəcəyik”, - deyə o bildirib. Y.Stoltenberq həmçinin bildirib ki, NATO-nun bütün müttəfiqləri Ukraynanı müdafiə etməyə hazırdır.

Müharibə təhlükəsi isə aktual olaraq qalmaqdadır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN