booked.net booked.net  

...Dəfələrlə şahidi olmuşuq, heç bir hüquqi statusu olmayan hansısa təşkilat özündən mükafat-diplom, medal uydurub adını da "Milli Mükafat" qoyaraq qanunsuz fəaliyyətlə məşğul olur... Lakin təəssüflər olsun, dövlət atributlarından, milli ornamentlərdən, rəsmi brend adlardan sui-istifadə edənlərə qarşı hüquq mühafizə orqanları sərt mübarizə aparmır... Tanınmış siyasi ekspert-jurnalist Elçin Mirzəbəyli özünün fb statusunda məhz yeni peyda olan belə fəaliyyətlərin birindən bəhs edib (bu günlərdə tanınmış biznes-ledi Ruhi Əliyevaya da BMT adından medal təqdim etmişdilər, BMT-nin Azərbaycan nümayəndəsindən sərt etiraz gəldi). E.Mirzəbəyli yazır: "...Ölkədə "Şuşa Milli Mükafatı" təqdim edilir. "Zəfər təntənəsi" adlı statusu bəlli olmayan təsisatın adından və Vəsilə Qabilqızı adlı haqqında heç bir bilgi olmayan şəxsin imzası ilə... "Mükafat"la bağlı məlumatlardakı dil və fikir xətaları, "mükafata" layiq görülən şəxslərin qarşında qoyulan tələblər baş verənlərin əsl mahiyyətini ortaya qoyur:  Kimlərsə mədəniyyətimizin paytaxtına olan sevgidən öz təbliğatları üçün istifadə etməyə cəhd göstərir!!! Şuşanın adının yer aldığı bir mükafatı, həm də "Milli Mükafat" statusu ilə yalnız dövlət və onun müvafiq təsisatları, həmçinin Mədəniyyət Nazirliyi, Şüşanın daşını-torpağını, ruhunu yenidən dircəldən Heydər Əliyev Fondu təsis edə bilər. Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, Şuşa da daxil olmaqla işğaldan azad etdiyimiz yurd yerlərimizin adından sui-istifadə hallarına son qoyulmalıdır...".
Bəli, həmin "mükafat"ın təqdimatından-şərtlərindən bəhs edən bukletlə tanış olduq. 5-ci sinif şagirdinin savad səviyyəsində tərtib edilən mətn xəcalət çəkiləsidir. "Təsisçi" özü Azərbaycan dilinin qrammatikasından bixəbərdir, olsun, heç olmasa əziyyət çəkib mətni qrammatik qaydaları bilənin birinə oxutdurmayıb da... Görünür, mükafat barədə sirri özündə saxlamaq üçün etməyib. Amma görünən budur ki, ortada böyük bir saxtakarlıq var. Ölkə ictimaiyyəti ayıq və sayıq olmalıdır... Sayıqlıq itiriləndə düşmən ocaq başında görünür...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN