booked.netbooked.net booked.net  

Ukraynanın Xarkov vilayətində bir sıra yaşayış məntəqələri azad edilib...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Məlumatda deyilir ki, Ukrayna ordusu artıq Verxnaya Roqanka, Russkaya Lozova, Slobodskoya və Prilesnoye yaşayış məntəqələrinə nəzarəti bərpa edilib. Həmçinin qeyd olunur ki, Rusiya hərbçiləri Slobojanski istiqamətində Xarkov şəhərinə aviazərbələr və artilleriya zərbələri endirməkdə davam edir. Bundan əlavə, qarşı tərəf İzyum-Barvenkovo ​​və İzyum-Slavyansk istiqamətlərində hücuma cəhd edir. Rusiya hərbçiləri, həmçinin Velka Kamışevaxa, İvanovka, Krasnı, Kurulka, Dovgenka, Novaya Dmitriyevka və Barvenkovo ​​yaşayış məntəqələrində pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin havadan kəşfiyyatını həyata keçirir. 
Təbii olaraq Rusiya ordusu iki aydan çox müddətdə Ukrayna ordusuna qalib gələ bilməməsinə görə şokdadır... Vəziyyət isə Rusiya üçün getdikcə daha da gərginləşir...
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN