booked.netbooked.net booked.net  

Böyük Britaniyanın baş naziri Boris Conson dünən aprelin 30-da Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Tezadlar.az bildirir ki, bu barədə Conson Twitter-də yazıb... Baş nazir qeyd edir ki, London Kiyevə hərbi və humanitar yardım göstərməyə davam edəcək. Conson əmin edib ki, Böyük Britaniya Vladimir Putinin planlarının iflasa uğramasını təmin etmək istəyir.
Bundan əlavə, Conson və Zelenski Mariupoldan mülki əhalinin və yaralıların təxliyəsini müzakirə ediblər. Zelenskinin dünən canlı yayımda deyib: “Boris Conson ilə müdafiə dəstəyi və müharibəni bitirmək üçün digər zəruri səylər barədə danışdıq”.
 Britaniya Rusiya ilə müharibədə qalib gələnə qədər Ukraynaya dəstəyi dayandırmayacağına söz verib. Müharibə isə hələki davam edir. Putin isı 9 may Paradına kimi müharibəni bitirməyi düşünür. Amma nəzərə almır ki, artıq qarşıda Ukrayna yox, ABŞ və az qala bütün Avropa dayanıb... 

Yanlış qərarla başlanılan müharibə isə davam edir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN