booked.net booked.net  

Ukrayna Baş Kəşfiyyat İdarəsi ukraynalı müdafiəçilərin Azovstaldakı döyüşçülərə vertolyotla silah və sursat çatdırdığını əks etdirən video yayımlayıb.

Böyük risqə gedən döyüşçülər sözün əsl mənasında igidlik nümayiş etdiriblər: “Mariupolun müdafiəçilərinə çox lazım olan silah və sursatların çatdırılması üçün Ukrayna Silahlı Qüvvələrinin helikopter pilotları və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları unikal mürəkkəb əməliyyat həyata keçiriblər”.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanov bildirib ki, ümumilikdə 16 Mi-8 hərbi helikopteri Azovstalda Mariupolun müdafiəçilərinə yardımla, bir dəfə isə Azov alayının 72 döyüşçüsü ilə uçub. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Ukrayinska Pravda”ya ilk dəfə olaraq “Azovstal”a vertolyotlarla döyüş sursatı, ləvazimat və dərmanların çatdırılması əməliyyatı barədə danışıb. Hansı ki, bu zaman Mariupolun müdafiəçiləri hələ də Azovstal polad zavodunun ərazisində rus qoşunları tərəfindən mühasirədə idilər. Prezident Vladimir Zelenski Ukrayna hərbçiləri Azovstaldan təxliyə edildikdən sonra Birləşmiş Telemarafonun aparıcılarına müsahibəsində bildirib ki, bu cür əməliyyatlar zamanı pilotların 90%-i helikopterlə evə qayıtmayıb. Azov alayının yaradıcısı və ilk komandiri Andrey Biletski də “Ukrayinska Pravda”ya müsahibəsində Mariupolun müdafiəçilərinə lazımi ləvazimatların vertolyotlarla çatdırılması üçün son iki cəhdin uğursuz olduğunu bildirib. O, həmçinin bu əməliyyatların dünya tarixində analoji presedentlərin olmadığını deyib və əlavə edib ki, belə bir uçuş zamanı Dneprdən 5 həkim, o cümlədən cərrah və anestezioloq da uçub...

Ukraynada isə müharibə hələ də davam edir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN