booked.netbooked.net booked.net  

Rusiya-Ukrayna müharibəsi bir sıra mətləblərə işıq salıb...

Tezadlar.az hələ bir müddət əvvəl Moskvadakı mənbələrə istinadla yazmışdı ki, son iki ayda Rusiya paytaxtında inanılmaz dəyişikliklər var: iri ticarət mərkəzlərinin vitrinləri bomboşdur, yollarda tıxacdan əsər-əlamət yoxdur, tanınmış şirkətlərdə işdən çıxıb başqa ölkələrə gedənlərin sayı durmadan artır və s.

 Bu hələ harasıdır, maraqlıdır ki, Rusiyadan baş götürüb aradan çıxanlar Gürcüstana pənah gətirirlər. Hansı ki, Rusiya 2008-ci ildə ölkəni işğal edərək iki qondarma  və seperatçı "respublika" yaradıb.

İndi həm də məlum olur ki, bu ilin martın 1-dən oktyabrın 1-dək Gürcüstanda 9879 Rusiya şirkəti və biznesi qeydiyyatdan keçib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yazılır. Məlumata əsasən, bunlardan 685-i məhdud məsuliyyətli cəmiyyət, 3-ü xarici müəssisələrin filialı, 9180-i fərdi sahibkar, 14-ü isə qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxsdir. Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanda qeydiyyatdan keçmiş 685 Rusiya MMC-dən 680-nin fəaliyyəti məlum deyil. 5 Şirkətin fəaliyyət sahəsi aşağıdakı kimi bölünür: ● Qəhvə emalı; ● Kompüter proqramlaşdırma fəaliyyətləri; ● Yük maşını yol nəqliyyatı; ● Oyun və oyuncaqların istehsalı; ● Restoransız otellər və oxşar yerləşdirmə obyektləri.

Bax belə... Əlavə şərhə ehtiyac varmı?

A.Məmmədli

Pin It

Tezadlar Arxiv

İDMAN