booked.netbooked.net booked.net  

Ötən gün Ağdam rayonu ərazisində mina hadisəsi baş verdi... 

Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyindən (ANAMA) "Təzadlar"a verilən birgə məlumatda deyilir ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində Vidadi Hüseynov sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya zərər dəyib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Fakt budur ki, ermənilərin yaramaz əməli bir- bir üzə çıxır. Bizə isə son dərəcə ehtiyatlı olmaq qalır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN