booked.netbooked.net booked.net  

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib...

Tezadlar.az xəbər verir ki, 62 yaşlı hakim Abşeron rayonunda yaşadığı evdə özünü asaraq intihar edib. Onun ağır xəstəlikdən - şəkərli diabetdən əziyyət çəkdiyi deyilir... Xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib,- hələlik ilkin məlumat belədir.

XXX 

Allah rəhmət eləsin! Amma Ramiz Rzayevin Ali Məhkəmənin sədri olduğu illərdə hakimlərin tapşırıqla qərar çıxardıqlarının dəfələrlə şahidiyik. Məsələn, sahibkar Nazim Tahirov. On ilə yaxındır Ali Məhkəmədəki bu qanunsuz rəftarın qurbanıdır, hətta Konstitusiya Məhkəməsi belə onun xeyrinə iki dəfədir qərar verib mülkiyyət hüququnu tanısa da, Ali Məhkəmə "Cənnət park" MTK-ın xeyrinə qərar vermişdi...

Nə isə... Məhkəmə sistemimizə Allahdan şəfa və ədalət diləyirik!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN