booked.netbooked.net booked.net  

Əməliyyat şirkətlərinin fəaliyyətindəki gizlilik nəyə işarədir?

...Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin növbəti hesabat xarakterli araşdırmalarında diqqəti çəkən məqamlar çoxdur... Bu yazıda belə vacib məqamlardan birinin üzərində dayanmalı olacağıq.

Söhbətimizi Birliyin sədri Mirvari Qəhrəmanlı ilə müzakirələr əsasında etdik:

(Əvvəli ötən sayımızda)

- Mirvari xanım, sorğularda qoyulan suallara cavab verməmək dövlət qurumları üçün nə deməkdir, nəyə işarədir?

- Bilirsiniz, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) sorğumuza verilən cavabdan aydın olur ki, Azərbaycanın quruda yerləşən neft-qaz yataqlarından Fonda 2022-ci ilin sentyabr ayının sonunadək, ümumilikdə, 792 milyon ABŞ dolları, o cümlədən 2022-ci ilin 9 ayı ərzində 61 milyon ABŞ dolları məbləğində vəsait daxil olub. Cavab məktubundan sitat:”Beləliklə, 2022-ci il üzrə quruda yerləşən neft-qaz layihələri üzrə büdcənin 9 aylıq icrası 81 faiz təşkil etmişdir. Qeyd olunan layihələr üzrə Dövlətin Mənfəət Payının yaranması, bölünməsi və ötürülməsi müvafiq Hasilatın pay bölgüsü sazişlərinin (HPBS) müddəalarına uyğun şəkildə aparılır və dövlətə ödənişlər HPBS-lərdə qeyd edilən şərtlər əsasında icra edilir”.

- Soruşmaq yerinə düşər, Hasilat Sənayesində Şəffaflıq hesabatı şəffaflıq gətirirmi?

- Bir müddət əvvəl Dövlət Statistika Komitəsi Hasilat Sənayesində Şəffaflıq üzrə 2019-2021-ci illəri əhatə edən məcmu hesabatı açıqlayıb. Maraqlıdır ki, həmin hesabatda da illər üzrə hasilat həcmləri açıqlanır, lakin dövlətə çatan mənfəət neftinin həcmi deyil, yalnız dəyəri əksini tapır. Bp. Equinor və sair iri xarici şirkətlər hesabatda açıqlanması nəzərdə tutulan bütün məlumatları təqdim etdikləri halda, qurudakı yataqlarda çalışan özəl şirkətlər ümumi hasilat göstəricisi, dövlətə çatan mənfəətin həcmi istisna olmaqla, əksər məlumatları təqdim etməyiblər. Bu məsələdə “Balakhani Operating Company Limited” və “Surakhani Oyl Operating Company S.A.” xüsusilə qapalılığı ilə diqqəti cəlb edir. Bu şirkətlər hesabata daxil edilən məlumatların böyük əksəriyyətini təqdim etməyiblər. Hesabat təqdimatından isə aydın olur ki, DSK bütün şirkətlərdən eyni məlumatı istəyib, lakin cavablandırıb-cavablandırmamaq şirkətlərin öz ixtiyarında olduğuna görə cavablandırmayanlara münasibətdə hər hansı məcburedici tələb yoxdur. Bu isə o deməkdir ki, açıqlanan hesabatlar quruda yerləşən yataqlarda çalışan şirtkətlərin fəaliyyətinə demək olar ki, işıq salmır.

***

...Enerji sahəsi üzrə ekspert İlham Şaban da hesab edir ki, cəmiyyəti neft-qaz hasilatçıları ilə tanış etmək hökumətin vəzifəsidir: “Əvvəla ondan başlayaq ki, hökumət ümumiyyətlə cəmiyyəti neft və qaz hasilatçıları ilə tanış edirmi? Yəni hökumət hansısa hesabatında bildirirmi ki, Azərbaycanda 01.01.2022 tarixinə neft və qaz hasilatı ilə neçə hüquqi şəxs məşğul olub? Və bu hüquqi şəxslərin neçə səhmdarı olub, onlar neçə ölkəni təmsil ediblər və sair. Nə Energetika Nazirliyinin illik hesabatında, nə SOCAR-ın illik hesabatında (orada işlənən yataqların sayı açıqlanır, amma neçə əməliyyat şirkəti tərəfindən işlədildiyi qeyd edilmir), nə AR Dövlət Neft Fondunun illik hesabatında (orada yalnız mənfəət ödəyən əməliyyat şirkətləri yer alır) və.. nəhayət, nə də hər ilin mart ayında Hökumətin Milli Məclisə təqdim etdiyi hesabatında (maraqlıdır ki, həmin hesabat heç hökumətin saytında belə tam şəkildə yerləşdirilmir) “neft-qaz” bölümündə bu haqda məlumat verilmir. Yəni Azərbaycan vətəndaşı olaraq kimsə hətta Google axtatış sistemində “Azərbaycanda hasilatçı şirkətlər” yazsa, qarşısına dolğun bir məlumat çıxmayacaq”.

Ekspert bildirir ki, bu sahə üzrə müəyyən biliklərə sahib insanlar Dövlət Statistika Komitəsinin saytından “Hasilat Sənayesində Şəffaflıq” bölümündən müyyən məlumatlar əldə edə bilirlər: “Bu bölməyə keçid etdikdən sonra “Şirkətlər üzrə” hissədə hasilatla hansı əməliyyat şirkətlərinin (nəyə görə əvvəldə bilik məsələsinə toxundum, çünki burada qiymətli metal hasil edən şirkətlər də var, gərək onları ayırd edə biləsən) məşğul olduğunu və nə qədər neft və qaz hasil etdiklərini görmək olar. Həmin məlumatlar 3 illik müqayisə ilə verildiyindən son illərdə həmin əməliyyat şirkətinin hasilatının azalması və ya artımı ilə bağlı fikir formalaşır. Amma Statkomun açıqladığı bu məlumatlar sadəcə statistikadır. Onların əsasında nəinki vətəndaş, heç onilliklər boyu iqtisadiyyat üzrə ixtisaslaşmış alimlər belə “bu nəticələr yaxşıdır, ya qeyri-kafi” sualına cavab verə bilməzlər. Niyə? Çünki Azərbaycanda indiyə qədər imzalanmış 37 müqavilədən 3-ü Risk Servis tipli, 34-ü isə Hasilatın Pay Bölgüsü tiplidir və onların ictimaiyyət üzrə açıq olanı heç 5-ə də çatmır. Müqavilədə yazılan şərtləri, yatağı işlədən şirkət qarşısında qoyulan müqavilə tələblərini bilmədən həmin müqavilə sahəsinin effektiv və ya səmərəsiz işlədilməsi haqda kənardan müşahidəçi qismində necə nəticə çıxarmaq olar? Təbii ki, bu çox mürəkkəb və bizim halda deyərdim ki, hətta mümkünsüzdür. Çox təəssüf ki, BP şirkətinin bu sahədə cəmiyyətə verdiyi şəffaflıq və hesabatlıq töhfəsi digər əməliyyat şirkətlərində Azərbaycanda tətbiq edilmədi və nəticə göz qabağındadır - yəni real olaraq “Azəri-Çıraq-Günəşli” neft bloku və “Şahdəniz” qaz yatağının işlənməsi və bir də ümumilikdə SOCAR-ın fəaliyyətindən başqa digərləri haqda cəmiyyət faktiki məlumatsızdır. Məsələn, biz bilirik ki, AÇG-nin ehtiyatları 1 milyard tona yaxındır və Energetika Nazirliyinin amıqladığı məlumatlara əsasən təxmin edirik ki, onun ehtiyatlarının artıq 60 faizini çıxartmışıq. O cümlədən də “Şahdəniz” üzrə. Çünki həm çıxarıla biləcək ehtiyatlar, həm cari hasilat, həm də hasilatın əvvəlindən indiyə qədər çıxarılmış resurslar haqda dolğun məlumatlar var. Bəs digər əməliyyat şirkətləri üzrə? Mən bir ekspert kimi hansısa proqnoz verə bilmərəm, nəinki çətinlik çəkərəm, çünki əl altında məlumat yoxdur”.

İ.Şabanın sözlərinə görə, Hasilat Sənayesində Şəffaflıq hesabatının 2021-ci il üzrə göstəricilərinə nəzər yetirdikdə görünür ki, Azərbaycanda SOCAR-dan əlavə neft və qaz hasilatı ilə daha 15 əməliyyat şirkəti fəaliyyətdə olub: “Bunun 12-sinin fəaliyyəti Azərbaycanın quru yataqlarını əhatə edir. SOCAR-ın 2021-ci il üzrə illik hesabatındakı göstəricilərdən çıxış etsək, Azərbaycanda hasil edilən neftin cəmi 4,2 faizi, qazın isə 0,41 faizi quruda hasil edilib. Neft Fondunun 2021-ci il illik hesabatından məlum olur ki, 11 əməliyyat şirkəti üzrə daxilolmalar var. Yəni dövlət neft və qaz hasilatı üzrə 11 müqavilə üzrə MƏNFƏƏT əldə edib. Bu, isə o deməkdir ki, 4 layihədən dövlətin QAZANCI olmayıb. Amma bu haqda hökumət özünün narahatçılığını ictimailəşdirməyib. İndi baxaq görək, 2020-ci və 2019-cu illərdə Azərbaycan dövləti neçə layihədən mənfəət əldə edib? Müvafiq olaraq 11 və 12 olub. Yəni 2019-cu illə müqayisədə “Muradxanlı” layihəsi bağlanıldığından və yenidən SOCAR-ın balansına keçdiyindən say azalıb. Keçid edirik daha əvvələ - 2017-ci ilə yenə də 11... və eyni əməliyyat şirkətləri. Gəldiyimiz nəticə nədir? Azərbaycanda dövlətin mənfəətsiz işlətdiyi NEFT yataqları var.. bunlar SOCAR-ın balansında olsaydı və rentabelliyi artırmaq üçün özəl şirkətlərə verilsəydi, başadüşülən olardı. Məsələn, ötən ilin noyabrında Kürsəngi-Qarabağlı yataqlarına Azərbaycanın özəl şirkəti GL operator qismində daxil oldu və 1 illik fəaliyyətləri nətucəsində 8 faiz hasilatı artıra bildilər. Belə hal təqdirəlayiqdir. Amma dövlət bir layihədən illərlə qazanc əldə etmirsə və layihəyə də xitam vermirsə.. və bunu da ictimailəşdirmirsə.. səbəbini gərək izah etsin axı”.

Neft sənayesi mütəxəssisi, uzun illər bu sahədə çalışmış digər müsahibimiz isə bildirir ki, qurudakı yataqlarda yeni texnologiyaların tətbiqinə diqqət yetirilmir: “Onların(Əməliyyat şirkətlərini idarə edənlərin - red.) çoxusunun neft sənayesindən xəbərləri belə yoxdur. Yataqları əldə edən kimi ilk növbədə geoloji tədqiqat strukturlarındakı mütəxəssisləri kənarlaşdırdılar. İndi də prosesləri necə gəldi idarə edirlər. Məsələn, “Qarasu”da quyulara suyu naşı şəkildə vurdular, ilk mərhələdə hasilat artdı. Lakin işi qeyri-peşəkar apardıqlarına görə tezliklə əksər quyularda neft verimlilik kəskin düşdü(2019-cu ildə hasilat 100,7 min ton, 2020-ci ildə 94,5 min ton, 2021-ci ildə 91 min ton), indi çıxarılanın yarıdan çoxu su olur. İndi eyni tərkib gəlib Balaxanıya rəhbər, eyni işə başlayıblar. Yaşlanmış yataqlarda hasilatı artırmaq üçün quyulara su vurulması bütün dünyada həyata keçirilir. Lakin bunu elə dəqiq hesablayıb həyata keçirmək lazımdır ki, vurulan su laylarda qalan nefti tamamilə quyuların dibinə gətirsin. Bunu da sahə üzrə geoloq-mütəxəssislər ən azı 6-7 aylıq tədqiqatlardan sonra qərar verə bilirlər ki, yatağın hansı hissəsində yerləşən hansı quyuya su vurulsa maksimum çox neft çıxarmaq mümkün olacaq. Bunlar heç bir tədqiqat aparmadan quyuları necə gəldi seçib su vururlar. Nəticədə qısa müddətə hasilat artsa da, sonrakı dövrdə çıxarıla biləcək neft həcmləri kəskin azalır. Bu, axı xalqın sərvətidir, ona necə belə məsuliyyətsiz yanaşmaq olar?”.

Beləliklə, DSK-nın açıqladığı şəffaflıq hesabatından aydın olur ki, son 3 ildə qurudakı yataqların hamısında hasilatın azalması baş verib. İ.Şabanın da qeyd etdiyi kimi, hasilat həcmlərinin sazişlərdə nəzərdə tutulan hasilat həcmlərinə nə qədər uyğun gəldiyini müəyyənləşdirmək mümkün deyil. SOCAR indiyədək yalnız 1 dəfə - 2020-ci ildə Kanadanın “Zenith Energy” şirkəti Azərbaycan hökuməti ilə bağlanmış HPBS-dən çıxma barədə qərarından sonra şirkətin sazişdə nəzərdə tutulan hasilat planına əməl etmədiyini açıqlayıb. Digər sazişlər üzrə hasilat planlarına əməl olunma səviyyəsinə dair hər hansı açıqlama isə verilməyib...

“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

Bakının mərkəzində zirzəmidə əsas dayaq divarları sökməklə tarixi binanı qəzalı vəziyyətə salanlar və buna “karton arakəsmələrin sökülməsi” kimi qiymət verib göz yuman BŞİH-in və Yasamal RİH-in rəhbərliyi niyə qardaş Türkiyədə baş verən faciədən dərs götürmürlər?

Pin It

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yəqinki bu müəmmaya tezliklə aydınlıq gətirəcək...

Baş İdarənin istintaq idarəsinin rəisi Fərid Nağıyev zərərçəkmişin şikayətlərindən sonra işdən çıxarıldı...

Ötən yazımızda məlumat vermişdik ki, Azərbaycanda mənzil dələduzluğunun tarixi 90-cı illərdən ortaya çıxdı: tutulan-tutuldu, mənzili əlindən alınan və əli hər yerdən üzülənlər ölüb getdi... Amma onların ah-naləsi yerdə qalmadı. İstintaq orqanlarının, məhkəmələrin... binəva vətəndaşları zəlil günə qoyan dələduz MTK və ya MMC rəhbərləri ilə əlbirliyinin sonu həm də bu oldu ki, dövlətimizin məhkəmə-istintaq və hüquq sisteminə qara ləkə oldular, Azərbaycanın adı bir dəstə dələduzun sayəsində Avropa Məhkəmələrindən gəldi...

“Təzadlar”a şikayətə gəlib özünü od vurub yandırmaq həddində hiss edən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsi, ev 32/15, mənzil 22 ünvanında yaşayan Rüstəmov Seymur Qəzənfər oğlunu redaksiyanın hüquqşünası ilə birlikdə dinlədik. Sənədlərini öyrəndik. Məlum olur ki, vətəndaş reklamlarına aldandığı və Xırdalandakı “AFŞARAN-A” MMC-nin direktoru, əslən Biləsuvardan olan Hüseynov Fəxrəddin Balaxan oğlunun ofisinə gedir. Və tələb olunan məbləği verib mənzil alır. Bununla da MMC rəhbərliyi vətəndaşın həyatını zəhərə döndərir...Şikayətçi Rüstəmov Seymur Qəzənfər oğlu deyir: “...Bir il idi ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq idarəsinin rəisi Fərid Nağıyev şikayətimə baxıb bu dələduzlara cinayət işi başlamırdı. Və müstəntiq Ələsgər Qocaman isə açıqca deyir ki, bu dələduzları həbs etmək bir saatlıq işdir, amma mən neyləyim, rəis dələduzların hüquqlarını qoruyur, mənə göstəriş vermir...”.

 Təsəvvür edin, məsuliyyətdən yayınmaq üçün “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu bu MMC-ni ləğv etdirib əvəzində “FAM-88” MMC yaradıb və öz həmyerlisini və əməlinə şərik etdiyi Tağıyev Rafiq Nərçə oğlunu bu MMC-yə direktor təyin edib. İndi şikayətçilər qalıb iki direktorun əməlinin burulğanında. Deyir: “...İstərdim Biləsuvar sakinləri bilsinlər ki, bu Hüseynov qardaşları bir mənzili 3-5 adama satmaqla qanunsuz və Allahsız əməl tutmaqdadırlar... Hüseynov Fəxrəddin Balaxan oğlunun işi istintaqda, digər qardaşı Mehman Hüseynov eyni əməlin yolçusu, başqa bir qardaşı Elxan Hüsyenov isə bir mənzili bir neçə adama satdığı üçün məhkəmə hökmü ilə 16 il azadlıqdan məhrum edilib, hələ də cəza çəkir”, -deyən şikayətçi Rüstəmov Seymur Qəzənfər oğlunun Baş Prokuror Kamran Əliyevə yazdığı ərizəsində oxuyuruq:

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!

Çox hörmətli Kamran müəllim!

Mən, Rüstəmov Seymur Qəzənfər oğlu 2021-ci ildə Sizə şikayət edərək əvvəlki adı “AFŞARAN-A” MMC olan, indiki “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırkı direktoru Tağıyev Rafiq Nərçə oğlunun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda maddi zərər dəyməsini bildirmişəm. Mənim şikayətim Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan digər bir işə birləşdirilmiş və istintaq idarəsinin rəisi Fərid Nağıyev tərəfindən müstəntiq Ələsgər Qocamana həvalə edilmişdir. Lakin bir il ərzində İstintaq İdarəsi tərəfindən hər hansı bir tədbir görülmədiyindən 2022-ci ilin noyabr ayında Sumqayıt şəhərində vəkilim Mansur Osmanovla birlikdə Sizin qəbulunuzda olmuşam. Qəbulda olduğumuz vaxt bizə bildirdiniz ki, mənim işimi şəxsən nəzarətə götürəcəksiniz və  bu barədə Korrupsiya İdarəsinin rəisinə tapşırıq verəcəksiniz, həmçinin mənə məlumat veriləcəkdir. Lakin  İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bircə dəfə bizi qəbul edərək bildirdi ki, istintaq bütün tələb olunan hərəkətləri edəcəkdir, narahat olmayın. Və guya bununla bağlı Fərid Nağıyev müstəntiqə bütün göstərişlərini də vermişdir. Lakin “AFŞARAN-A” MMC-nin direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu açıq şəkildə bildirməkdədir ki, mən korrupsiyada “işimi görmüşəm” və s. Belə ki, şikayətimdə və sonradan verdiyim ifadəmdə göstərmişəm ki, “AFŞARAN-A” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu ilə aramızda bağlanmış 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilə əsasında MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında 4-cü blok, 7-ci mərtəbədə yerləşən 231 nömrəli mənzili izolə olunmuş 2 (iki) otaqdan ibarət pay kimi 54152 (əlli dörd min yüz əlli iki) manat əvəzində mənə verməyi öz öhdəsinə götürmüş, lakin təqdim olunmuş maliyyə arayışına əsasən pulunu alsa da öhdəliklərini icra etməmişdir. Məndə olan həmin mənzilə aid bütün sənədlərin əsilləri müstəntiqə təqdim edilmişdir. Həmçinin sonradan adı dəyişərək “FAM-88” MMC olan “AFŞARAN-A” MMC-nin yeni direktoru Tağıyev Rafiq Nərçə oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermiş və mənə məxsus mənzili dəyərindən çox aşağı qiymətə, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 30944 (otuz min doqquz yüz qırx dörd) manata Məmmədov Teymur İldırım oğluna qanunsuz olaraq satmışdır. Məlum olur ki, bu iki MMC-lərin əməlləri və məqsədi bu imiş: əvvəlki ləğv edilir, sonra gələn direktor isə istədiyini edir, şikayətçiyə deyir ki, get mənzili keçmiş MMC-dən istə! Onların qurduğu oyun belədir! Sözügedən mənzillə bağlı hər hansı bir başqa istintaq orqanında və ya məhkəmədə mübahisə getməsə də, müstəntiq bildirir ki, 231 nömrəli mənzilin başqa şəxsə satılması, mənim həmin mənzildən imtina etməyim və pulumu geri almağım barədə guya ortada sənədlər var və onların əsli “FAM-88” MMC tərəfindən ona təqdim edilmədiyindən o, yəni müstəntiq hər hansı bir tədbir görə bilmir.

Hörmətli Kamran müəllim!

Yəni müstəntiqin sözündən belə çıxır ki, “FAM-88” MMC ona nə desə o da onu edəcək. Halbuki, Rüstəmov Seymurun və Hüseynov Fəxrəddinin və qeyrilərinin izahatları artıq alınmış, mövcud bütün sübutlar əsasında iş üzrə istintaq hərəkətləri davam etdirilə bilər və hətta mən zərərçəkmiş şəxs kimi tanına da bilərdim. Lakin bu indiyədək edilməyib.

Mən dəfələrlə Fəxrəddin Hüseynovun yanında, ofisində olmuş, ondan 73.808 manat, 32000 manat armaturlara görə olan digər borcunun və qanusuz olaraq başqa şəxslərə satılmış mənzillərimizin dəyərinin qaytarılmasını tələb etmişəm. Lakin Fəxrəddin Hüseynov öz havadarlarına çox arxayın olduğundan məni aldatmaqda davam edir, İstintaq İdarəsi isə buna göz yumur, açıq şəkildə onu müdafiə edir.

Artıq 1 ildən çoxdur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2., 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaqı aparılan 212026308 saylı cinayət işi üzrə mən yalnız şahid qismində bir dəfə 2021-ci ilin dekabr ayında və 2022-ci ilin oktyabr ayının 8-də dindirilmişəm. Bütün bunlara baxmayaraq, zərərçəkmiş şəxs qismində də tanınmamışam. Nəticədə Fəxrəddin Hüseynov məsuliyyətə cəlb olunmamışdır.

Hörmətli cənab Baş Prokuror!

Onu da diqqətinizə çatdırıram ki, “FAM-88” MMC öz qanunsuz əməllərini ört-basdır etmək üçün mənə qarşı iddia tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, yuxarıda adını çəkdiyim 231 saylı mənzilə aid olan 31.12.2016-cı il tarixli, 134 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb etmiş, laki ifşa olunacağını dərk edərək, iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-751/2022 saylı, 08.04.2022-ci il tarixli qərardadı ilə “FAM-88” MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad vəkilim tərəfindən Cinayət işinə əlavə edilməsi üçün cinayət işini aparan müstəntiqə təqdim edilmişdir. Lakin yenə də hər hansı bir istintaq hərəkəti aparılmamışdır.

Cənab Baş Prokuror!

212026308 saylı cinayət işi üzrə şahid qismində cəlb edilmiş mən-Rüstəmov Seymur Qəzənfər oğlunun etibarından sui-istifadə edərək məni aldadan şəxslər “FAM-88” MMC-nin keçmiş direktoru Hüseynov Fəxrəddin Balaxan oğlu və hazırki direktoru Tağıyev Rafiq Nərçə oğludur. Mən həmin şəxslərdən şikayətçiyəm və onların CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin mənə vurulmuş maddi zərərin qaytarılmasını xahiş edirəm.

Aldığım məlumata görə, İstintaq İdarəsinin rəisi Fərid Nağıyev bu vəzifəsindən kənarlaşdırılıb və onu Mehman Hümmətov əvəz edib. Mehman müəllim haqqında xoş sözlər eşitməkdəyik. İnanıram ki, yuxarıda qeyd olunan cinayət işi ciddi araşdırılacaq və Hüseynov Fəxrəddin Balaxan oğlu və Tağıyev Rafiq Nərçə oğlunun əməllərinə hüquqi qiymət veriləcəkdir...

“Təzadlar”ın Araşdırma Qrupu

 

Pin It

Bencamin Franklin ABŞ-ı yaradan kişilərdən biridir. Onun portreti 100 dollarlıq əskinaslarının üzərində yer alır. O deyirdi ki, bəzi insanlar 25 yaşında ölür və…75 yaşına qədər dəfn edilmirlər...
Pin It

1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN