booked.net booked.net  

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlimlər keçirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentdən verilən məlumata görə, təlimlərdə Cənub Hərbi Dairəsinin raket birləşmələri, o cümlədən aviasiya və dəniz qüvvələri iştirak edəcək.

“Təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və tətbiqi üzrə təcrübə keçmək üçün bir sıra tədbirlər həyata keçiriləcək”, - Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, təlimlərin keçirilməsində məqsəd qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığını artırmaqdır. Bundan əlavə, tədbir həm də Qərbin Rusiyaya qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavabdır.

Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı artıq təlimlərə hazırlığa başlayıb.

Bundan əvvəl Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirmişdi ki, Varşava ölkədə nüvə silahının yerləşdirilməsi üçün ərizə təqdim edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN