booked.netbooked.net booked.net  

"Çox təəssüflər olsun ki, "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Osman Behbudov vəzifə səlahiyyətindən sui-istifadə edərək heç bir əsas olmadan əməkdaşımız İlkin Məmmədovun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə xitam verib"

"Təzadlar"a "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşlarının "Azəriqaz" İB-nin Baş direktoru Ruslan Əliyevə ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Biz uzun müddətdir ki, “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsində nöqsansız işləyirik, işimizdən zövq alırıq. İdarənin kollektivi bir ailə kimi çox mehribandır. Buna görə də idarəmizdə nizam-intizam yüksək səviyyədədir.

Ancaq çox təəssüflər olsun ki, “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Osman Behbudov vəzifə səlahiyyətindən sui-istifadə edərək heç bir əsas olmadan əməkdaşımız İlkin Məmmədovun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verib.

Hansı ki, həmin gün – yəni 15 mart 2023-cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Zaur adlı  baş mühəndisi qəsdən mübahisə yaradaraq əməkdaşımız İlkin Məmmədovu çoxlu sayda insanın gözü qarşısında nalayiq sözlərlə təhqir edib. İlkin Məmmədov onun tərbiyəsiz hərəkətlərinə reaksiya verməyib. Buna baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Osman Behbudov heç bir araşdırma aparmadan, İlkin Məmmədovu dinləmədən onun əmək müqaviləsinə xitam verilməsinə dair əmr imzalayıb.

Bu qanunsuzluq və özbaşınalqıdır ki, “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi yol verib.

Hörmətli Ruslan müəllim!

Bütün bunlara baxmayaraq, ümidimizi üzməmişik, ona görə ki, “Azəriqaz” İstehsalat Birliyinin  sizin kimi alicənab, ədalətli və peşəkar baş direktoru var.

Biz sizin ədalətinizə inanırıq və ümüd edirik ki, bizim müraciətimizi araşdırıb müvafiq tədbirlər görəcəksiniz.

Sizdən xahiş edirik ki, müraciətimizi obyektiv araşdırıb vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuzıuğa yol verən “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi barədə ciddi tədbirlər görəsiniz.

Hörmətlə, “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsi Ucar Xidmət Sahəsinin əməkdaşları: Abbasov Seymur Həsənəli qızı, Mustafayev Elgün Bəxtiyar oğlu, Hacıyev Cavanşir Böyükbala oğlu, Əzizov Bəhruz Şahlar oğlu, Abdullayev Teymur Ənvər oğlu, Baxışov Soltan Ağamusa oğlu, Əhmədov Əhməd Namət oğlu, İsmayılov Ehtiram Bədəl oğlu, Rzayev Rəşad Həsən oğlu, Hacıyev Murad Azər oğlu, Xəlilov Araz Məmmədəli oğlu, Ağayev Ramiz İmaməli oğlu, Səfərli Rəşid Abdul oğlu, Bədəlov Ağalar Araz oğlu, Əşrəfzadə Müşfiq Ərəstun oğlu və Soltanov Habil Sabir oğlu".

Müraciətlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN