booked.net booked.net  

Ukrayna prezidenti öz Telegram kanalında müraciəti zamanı gələn həftə “Ukrayna üçün vacib” tədbirlərin qəbul ediləcəyini açıqlayıb.

"Gələn həftə Ukrayna üçün mühüm tədbirlərin vaxtıdır" deyən Ukrayna lideri ölkə hakimiyyətinin "bir gün də hazırlığını itirməyəcəyini" vurğulayıb.

Onun sözlərinə görə, tədbirlər Aİ ilə birgə hazırlanır.

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak daha əvvəl bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu” bu günə qədər 63 ölkə tərəfindən dəstəklənib. O, həmçinin bildirib ki, “qoşulacaq” ölkələrin sayı hər həftə artır.

Bundan əvvəl “The Telegraph”ın redaktoru Kon Koflin Ukraynaya yardım məsələsində Avropa həmrəyliyinin bir sıra Aİ ölkələrinin Kiyevlə həmrəylikdənsə, Rusiya ilə ticarətə üstünlük verməsi səbəbindən parçalana biləcəyi barədə fikir bildirib.

2022-ci ilin noyabrında Zelenski on bənddən ibarət “sülh formulu”nu təqdim etdi. Onun tələbləri arasında Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, bütün məhbusların və deportasiya olunmuş vətəndaşların azad edilməsi, BMT Nizamnaməsinə riayət edilməsi, ekosidlə mübarizə və s.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN