Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Təzadlar”ın bu sualını belə cavablandırdı:

- Məsələ ondadır ki, SOCAR və onun tərəfdaşlarının “Kadr siyasəti” üzrə müşahidələrimiz bəzi sualları ortaya çıxarmışdır. Belə ki, apardığımız müşahidələr göstərir ki. SOCAR və onun tərəfdaşları tərəfindən bu sahədə bəzi müsbət çalarlar müşahidə olunsa da, zamanında rəhbərlik səviyyəsində qəbul olunan və ölkə qanunvericiliyinə zidd olan bəzi qərarlar (işçilərlə məcburi müvəqqəti Əmək Müqaviələrinin bağlanması, müqavilə müddətinin qurtarması bəhanəsi ilə arzuolunmaz işçilərin tutduğu vəzifəsindən azad olunması, Əmək Müqaviləsinə məcburi əlavələrin olunması və s.) şirkətdə kütləvi işçi hüquqlarının pozulmasına səbəb olub və bu hal hələ də davam edir. Bu isə o deməkdir ki, bəzi sahələrdə ciddi mənfi dəyişikliyə, peşəkar kadr çatışmamazlığına gətirib çıxarır. Sahədə peşəkar kadrlara ehtiyac duyulur. Kadrlar arasında təhsili, tutduğu vəzifə arasında uyğunsuzluq olan işçilərin olduğu müşahidə olunur (məsələn, İR üzrə işçi İncəsənət institunu qurtarıb). Eləcə də Şirkət rəhbərliyi tərəfindən ölkə qanunvericiliyinin pozulma faktları müşahidə olunur. Bunlar aşağıdakılardır:

  1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.13. maddəsi (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır) pozularaq, işəgötürənlərdən yazılmış əksər şikayət ərizələri şikayət edilən işəgötürənə göndərilir. Şikayətçi ilə görüşülmür, problem araşdırılmır, işəgötürənin həmin ərizəyə yazdığı cavab əsas götürülür və sonda işçi öz iş yerini itirmiş olur.

2.Azərbaycan Respublikasının Konstitutsiyası: “Maddə 57. Müraciət etmək hüququ

  1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz”.

-Şikayət ərizəsi yazan işçilərin təqib və təzyiqlərə məruz qalma faktları müşahidə olunur : - ona məcburi ərizə yazdırılır, müvəqqəti müqavilənin müddəti uzadılmır, xəstəlik vərəqələrinin qeyri- qanuni ləğv olunmasına cəhd olunur, işçi psixoloji təzyiqə məruz qalır və s.

  1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu: “Maddə 7. (“Yaxın qohumların birgə işləməsinə yol verilməməsi”). 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər”.

-Şirkətdə böyük qohum çətəsi var. Ümumi işçi sayının təqribən 10%-i qohum-əqrabadan ibarətdir. Köhnə komandanı da özünə birləşdirərək “gücləndirilmiş” təzə komanda da qohumbazlıq müşahidə olunur. Nepotizmin ziyanı ondadır ki, insan yeni vəzifəyə öz peşəkar qabiliyyətlərinə uyğun olaraq deyil, peşəkar seçim olmadan və çox halda ümumiyyətlə yaxşı mütəxəssis olmadığı halda təyin olunur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: “Maddə 311. (Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti): İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir”.

Bu qanunun tətbiqi müşahidə olunmayıb. Səbəb də yəqin ki, Nepotizmdir!

***

Onu da deyək ki, sosial şəbəkələrdə SOCAR sistemində çalışan işçilərdən birinin bu məsələ ilə bağlı açıqlamalarında bildirilir ki, “...hətta şirkətdə ibtidai sinif müəllimi olan şöbə müdiri, texniki peşə təhsili olan 15-ci dərəcəli muhəndislər, 9-cu sınfi bitirmiş şobə mudirləri və şair və ilaxir vardır. Şikayətçilərdən biri isə yazır ki, “2016-cı ildə ildə bu cur haqsızlığa tab gətirməyib ərizəmi yazıb SOCAR-ın Nəqliyyat İdarəsindən uzaqlaşdım...”.

İnanaq ki, bu və ya digər problemlər aradan qaldırılacaq və təhsilə və peşəkarlığa qiymət veriləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN