Ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən xəbərə görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18, iyunun 12-i səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN