booked.netbooked.net booked.net  

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi martın 12-dən Bakının "28 May" metrostansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişini qadağan edib...

Nazirliyin yaydığı məlumatdan bəlli olur ki, artıq şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin, yəni avtobusların hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırır. Sən demə məqsəd burada nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat sisteminin rahatlığını təmin etmək və ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır. Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçiriləcək.

*** 

Bəli, gözəl arzudur! Amma və lakin... Bu o deməkdir ki, metroya və ya dəmiryolu vağzalına bundan sonra yalnız avtobusla gəlmək lazımdır. Bu da əla niyyətdir. Lakin AYNA avtobusların fasiləsiz hərəkətinə nail ola biləcəkmi? Axı avtobusların bu ərazidə sərbəst hərəkətindən əvvəl onların yollarda tıxacsız hərəkəti təmin olunmalıdır. 

Beləliklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu arzusu əladır, amma yollardakı tıxac problemini həll etmədən bu addımı atmaq, əksinə, bu ərazidəki yollarda və ya küçələrdə xaos yaradacaq. Belə çıxır ki, vağzala və ya metroya sərnişin gətirənlər (taksi və ya şəxsi avtomobil sahibləri) əraziyə daxil ola bilmədiyindən S.Vurğun parkı ətrafında özünə yer tapmalı və harasa istiqamətlənib getməlidir. Bəs necə? Axı Bakının bu ərazisi də "Dayanma-durma" nişanları ilə yüklənib, hələ bir cərimələri daha da artıqrmaq barədə baş da sındırırlar. 

Bütün bunlar isə o deməkdir ki: məsələn, bir otaqda 10 nəfər əyləşib. Otağın bir küncünə şkaf qoyulmalıdır, lakin küncdəki iki nəfərin masası buna mane olur. Nə etməli? Onları digər küncə sıxışdırmalı! Bu isə otaqdakı sıxlığı daha da artırmış olur!

Bax belə... Bakını hazırda da tələm-tələsik göydələnlərlə yükləyənlərə "DUR!" deyilməsə, Bakı Bakılıqdan çıxacaq və əhali ya başını götürüb harasa getməlidir, ya da...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN