booked.netbooked.net booked.net  

... Əməkdaşlarımız demək olar hər səhər işə vaxtında gəlir, gündəlik şəxsi informasiyalarını sayt üçün təqdim edir, maraqlı yazılarını isə qəzet üçün çapa hazırlayırlar...

Adətən hər səhər redaksiyanın şəhər telefonuna gələn zənglərdə qulağımız telefon, internet, icarə, mətbəə, DSMF və s. kimi borcların olduğu barədə informasiyaları eşidir... Təbii ki, bu da qanqaraldan ovqat yaradır. Çünki... Çünki uzun illərdir Vüqar Səfərlinin və Əli Həsənovun və onların buyruğunu icra edənlərin sayəsində “Əlinin papağını Vəlinin, Vəlinin papağını da Əlinin” başına qoyur, vəziyyətdən çıxırıq. Amma jurnalist cızığımızdan çıxmırıq...

...Lakin adətən hər həftənin birinci günü redaksiyaya ağsaqqal və ya ağbirçək oxuculardan da zəng gəlir: “Sabah qəzet çıxacaqmı?”. Deyirik, “Bəli...”. Onların “Nə yaxşı... Dəqiqdirmi?” kimi sual dolu təbəssümlü səsi kefimizi duruldur, deməli, hələ ki kimlərəsə lazımıq... Yaxud, bizi oxuyan, izləyən var.

Bu dəfə həm də səsində şükranlıq dolu ovqat olan bir ağsaqqal zəng etmişdi... “Sabah 15 iyun bayram günüdür, qəzet çıxacaqmı?”. Yenə də “Bəli...”, - deyirik. “Nə yaxşı xəbər oldu... Çünki qəzet köşkünə nəvəmi göndərəcəm, birdən əliboş geri qayıdar, mən pərt olaram...” deyir... Qocaman neftçi-oxucu Nərimanov rayonu ərazisindən zəng etmişdi. “Yeganə qəzetdir ki, hər nömrəsini sevərək oxuyuram, təsəlli tapıram...”, - deyərək bizə Allahdan dəstək arzulayır.

Səhər-səhər belə zənglər bütün günü məhsuldar işləməyə səbəb olduğu kimi, faydalı iş əmsalımızı da ikiqat artırandır.

Allah bu xalqın ürəyi təmiz insanlarına dəyməsin!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN