booked.netbooked.net booked.net  

EYNULLA FƏTULLAYEV: “Spiker Sahibə Qafarova istəsə Səfər Mehdiyevlə söhbətimizin audioyazısını təqdim edə bilərəm...”

Dövlət Gömrük Komitəsindən TEZADLAR.AZ-a bildirilib ki, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə səsləndirilən bəzi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən kontekstdən çıxarılmaqda, yanlış şərhlərlə fərqi məcralara yönləndirilməkdədir. Bu  müsahibədən bir hissəni xüsusi qabardan bəzi saytlar və “sosial şəbəkə qəhramanları” reytinq xatirinə Milli Məclisin bütün deputatlarını hədəf alır, hətta bəziləri  daha irəli gedərək ölkənin ali qanunverici orqanının ünvanına əsassız şər və böhtan xarakterli fikirlər səsləndirirək manipulyasiya edirlər. Belə ki, açıqlamada  Nazirlər Kabinetinin 305 saylı qərarına ötən ilin avqust ayında edilən dəyişikliklərin iqtisadi əsasları izah olunur, bu qərarın faydalarından, dəyişikliklərə qarşı bir neçə millət vəkilinin haqsız tənqidlərdən bəhs edilir və artıq bu günün real mənzərəsində keçmişdə qalan bu kimi məsələlərin həll olunduğu vurğulanır.  Onu da qeyd edək ki, aradan keçən müddət ərzində cəmiyyətin bütün təbəqələri dəyişikliklərin zəruriliyi, faydaları barədə ətraflı məlumatlandırılıb və sui-istifadə halları aradan qaldırılaraq elektron ticarətin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təmin edilib. Dövlət Gömrük Komitəsi daima Milli Məclisin deputatlarının gömrük orqanlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə hörmətlə yanaşır, verilən təklifləri dəyərləndirir, haqlı iradları qəbul edir.

***

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ona zəng vurduğunu, müsahibədəki fikirlərinin təhrif olunduğunu və haqqin.az saytına müsahibəsində bəzi deputatları "işbaz" adlandırmadığını deyib, fikirlərinin “təhrif olunduğuna görə” təəssüfləndiyini bildirib.

***

“İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı  bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”, - haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab olaraq verdiyi açıqlamada belə deyilir.

Jurnalist təəssüfləndiyini bildirib ki, onu və haqqin.az saytını hansısa intriqalara cəlb etmək istəyirlər. E.Fətullayev məmurları və deputatları açıq siyasətə və səmimiliyə çağırıb.

***

Xatırladaq ki,  virtualaz.org saytında Eynulla Fətullayevin   Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə üç hissəli müsahibəsi yayımlanıb. 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN