booked.netbooked.net booked.net  

Haqq Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov bu gün Prezident Administrasiyasına dəvət olunub. Bu barədə İnsanov “Facebook” səhifəsində məlumat verib.

İnsanovun sözlərinə görə, o, siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb: “İki saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik. Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Prezident, cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim”.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN