Astroloq Vlad Ross qışın ilk ayında Ukrayna üzərində hansı təhlükənin olduğunu və Rusiya prezidenti Vladimir Putinin ukraynalılar üçün hansı “sürprizlər” hazırladığını bildirib.

Glavred-ə verdiyi şərhdə astroloq qeyd edib ki, əgər Putin dekabrda nüvə silahından istifadə etmək istəsə, bunu ayın 23-də yeni aya yaxın edəcək: “Yırtıcı Pələng ili uzaqlaşır, "xüsusi əməliyyatın" bütün məqsədləri iflasa uğradı, ona görə də Putinin yalnız bir istəyi qalıb - dünyanı məhv etmək. 22-23 dekabr Rusiyanın taktiki və ya strateji nüvə silahlarından istifadə etməsi baxımından ən təhlükəli günlərdir”.

O, həmçinin əlavə edib ki, 22 dekabr 2022-ci ildə Putin gözəl nömrələri və bayramları sevdiyi üçün yeni kütləvi hücuma keçə bilər. Astroloqun sözlərinə görə, daha bir əlamətdar hadisə Yupiterin Qoç bürcünə daxil olması olacaq. Dekabrın 20-də cəbhədə döyüşlər güclənə bilər, lakin Ukrayna Silahlı Qüvvələri bu döyüşdə yenə də öndə olacaq.

“Yupiter Qoç bürcünə girəndə Ukrayna ordusunun Rusiya ordusunu darmadağın etdiyi hər kəsə aydın olacaq”, - Ross əlavə edib.

Xatırladaq ki, daha əvvəl taroloq Xomutovskaya dekabrın ən çətin günlərini qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN