booked.netbooked.net booked.net  

Rusiya Ukraynanın hava hücumundan müdafiə sisteminin diqqətini yayındırmaq üçün Ukraynadakı hədəflərə silahsız qanadlı raketlərlə zərbələr endirib.

Bunu jurnalistlərə Pentaqonun yüksək rütbəli rəsmisi deyib. Jurnalistlər ondan noyabrın 26-da Britaniya hərbi kəşfiyyatının rəsmilərinin Rusiyanın “yəqin ki, öz qanadlı raketlərindən nüvə başlıqlarını çıxardığı və Ukraynanın hava hücumundan müdafiə sistemlərini yayındırmaq üçün raketlərdən istifadə etdiyi” barədə bəyanatını şərh etməyi xahiş ediblər.

Bu barədə Reuters xəbər verir.

Britaniya kəşfiyyatı açıq mənbələrdən 1980-ci illərdə SSRİ-də nüvə yükünü çatdırmaq üçün hazırlanmış, Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurulmuş Kh-55 qanadlı raketinin qalıqlarının əks olunduğu fotoya istinad edib. Britaniya hərbçilərinin sözlərinə görə, bu raketlərdəki nüvə başlıqları blanklarla əvəzlənib, lakin belə raketlər hələ də raketin kinetik enerjisi və istifadə olunmamış yanacaq vasitəsilə zərər verə bilər.

Bu məlumatı şərh edən Pentaqonun sözçüsü təsdiqləyib ki, “mütləq onlar (Rusiya) ukraynalıların istifadə etdiyi hava hücumundan müdafiə sistemlərinin təsirini azaltmaq üçün bunu etməyə çalışırlar”.

Pentaqon həmçinin hesab edir ki, Rusiyanın Ukraynaya qarşı silsilə raket zərbələri, digər məsələlərlə yanaşı, Ukraynanın hava hücumundan müdafiəsinin sursatını tükəndirmək və bununla da Ukrayna səmasında üstünlüyə nail olmaq məqsədi daşıyır.

Məhz bu səbəbdən ABŞ və müttəfiqləri Ukraynaya ilk növbədə hava hücumundan müdafiə sistemləri və onlar üçün döyüş başlıqlarının çatdırılmasına diqqət yetirir. Bunlara həm sovet dövrünün köhnəlmiş hava hücumundan müdafiə sistemləri, həm də daha müasir, Qərb sistemləri daxildir. Pentaqon rəsmisi bildirib ki, Patriot raketdən müdafiə sistemi Kiyevə özünü Rusiya raketlərindən müdafiə etmək üçün NATO müttəfiqləri tərəfindən nəzərdən keçirilən çoxsaylı variantlardan biridir.

ABŞ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə necə kömək edir?

ABŞ artıq Ukraynaya səkkiz NASAMS zenit-raket kompleksinin göndərilməsinə razılıq verib, onlardan ikisi mümkün qədər tez, daha altısı isə daha sonra çatdırılmalıdır.

Birləşmiş Ştatlar həmçinin Ukraynanın hava hücumundan müdafiəsi üçün 1400-dən çox Stinger MANPADS, həmçinin hava hücumundan müdafiə və hava nəzarəti radarları təqdim edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN