Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara bir il ərzində zəlzələnin nəticələrini aradan qaldırmağı hədəfləyir.

Tezadlar.az xəbər verir ki, dövlət başçısının çıxışını Anadolu agentliyi yayıb.

Ərdoğan zəlzələ nəticəsində ölənlərin sayının çox olması ilə əlaqədar ölkə daxilində ümummilli matəm elan edib, 12 fevral da daxil olmaqla.

Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyədə 1939-cu ildən bəri ölkədə 7,8 bal gücündə ən güclü zəlzələ baş verib. Güclü yeraltı təkanlar Suriya, Kipr, Gürcüstan, Abxaziya, Ermənistan, İraq, Livanda da hiss olunub.

E.ŞİRİNOV

Pin It

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN