booked.netbooked.net booked.net  

Rusiya pilotları Ukraynanın hərbi obyektlərini məhv edərək öz missiyasını uğurla yerinə yetirməkdə davam edirlər. Xüsusilə, martın 10-da Rusiya Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə bildirilib ki, onlar dördüncü nəsil Ukrayna qırıcı "Su-27"-ni vurmağa nail olublar.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Təyyarənin Donetsk Xalq Respublikasının Marinka şəhəri yaxınlığında vurulduğu dəqiqləşdirilir.

"Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Donetsk Xalq Respublikasının Marinka kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-27” təyyarəsini vurub", - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Xatırladaq ki, martın 6-da Ukrayna Silahlı Qüvvələrində qeydiyyatda olan iki qırıcı və bir helikopterin bir anda məhv edilməsi barədə məlumat yayılmışdı.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN