booked.netbooked.net booked.net  

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana “Mercedes Benz-Actros" markalı yük nəqliyyat vasitəsilə gələn İran İslam Respublikasının vətəndaşı saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Ancaq gömrük baxışı zamanı avtomobilin salonunda, arxa yataq yerinin üzərində olan yorğanın içərisində gömrük nəzarətindən gizlədilən 100 ədəd “Tramadol" adlı dərman preparatı aşkar edilib.

Onu da xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN