booked.net booked.net  

Nəhayət, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ceffris  CBS telekanalına müsahibəsində bu barədə danışıb. Sitat: "Ukraynanın süquta uğramasına imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzun köməyi ilə deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyük olacaq". O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqını bərpa etmək istəyir. Rusiyanın Gürcüstan və Ukraynanın ərazilərinə soxulmasına diqqət çəkən konqresmen Putinin dayanmayacağını vurğulayıb: Bu cür ardıcıl aqressiya qarşısında Vladimir Putinə Ukraynada uğur qazanmağa imkan versək, onun yalnız Ukraynada dayanacağına inanmalıyıqmı? Təbii ki, yox”.

 Ceffris həmçinin Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında gecikmədə günahlandırdığı Respublikaçılar Partiyasında rusiyayönlü fraksiyanın gücləndiyini bildirib. Onun fikrincə, bu fraksiya “Ukraynanı dəstəkləmək istəmir və Rusiyanın ABŞ-nin düşməni olmadığına inanır”.

Rusiya mediası konqresmenin bu təhlükəli bəyanatına qarşı çıxış etməkdədir. Lakin rəsmi Kreml hələki qarşılıqlı cavab verməyə tələsmir. Ukrayna cəbhəsində isə müharibə davam edir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN