booked.netbooked.net booked.net  

Xrici ölkələrin Ukraynaya hərbi yardımlarının getdikcə artması Rusiyanın hərbi komandanlığını əsəbləşdirməkdədir...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Rusiyanın müdafiə naziri Şoyqu bu barədə yerli TV-lərə açıqlamasında bu əsəbini büruzə verib... Məlum olur ki, son bir həftə ərzində Amerika Birləşmiş Ştatları və bir neçə Avropa ölkəsindən Ukraynaya hərbi yardımlar davam etdirilib. Yeni hərbi yardımları açıqlayan ölkələr arasında Danimarka, Hollandiya və İspaniya da var. ABŞ-nın Ukrayna silahlı qüvvələrinə etdiyi 325 milyon dollar dəyərindəki yeni yardım paketinə HIMARS sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmilər, tank əleyhinə idarə olunan TOW raketlər, AT-4 tank əleyhinə qumbaraatanlar, tank əleyhinə minalar, 9 milyondan çox patron, 4 logistik dəstək maşını, yüksək dəqiqliyə malik aviasiya sursatları daxildir. Danimarka və Hollandiya Ukraynaya əlavə olaraq Almaniya istehsalı olan 14 ədəd "Leopard 2" tankı göndərəcək. İspaniyaya məxsus iki ədəd "Leopard 2" tankı artıq Ukraynaya yola düşüb.

Nəoayət, İspan rəsmilərin məlumatına görə, hazırda təmirdə olan dörd ədəd "Leopard 2" tankını da Ukraynaya göndərəcəklər. Sloveniya hökuməti Ukrayna üçün sursatın birgə tədarükü proqramına qoşulduğunu açıqlayıb, Avstriya isə bu günədək Rusiyaya məxsus 2 milyard avro dəyərində aktivləri dondurduğunu bəyan edib.

Onu da qeyd edək ki, BMT-nin son iclasında, hansı ki, Rusiya XİN rəhbəri S.Lavrov iştirak edir, ABŞ və Almaniya nümayəndələri Rusiyanı açıq şəkildə işğalçı kimi tənqid ediblər...

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN