booked.netbooked.net booked.net  

"Son iki ildən artıq dövrün qürurla bəhs etdiyimiz mühüm hadisələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə  genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat, təhlükəsiz yaşayışlarının təmin edilməsi üçün zəruri olan bütün addımların atılmasıdır. 30 illik işğal dövrünün dağıntılarını bərpa-quruculuq işləri, soydaşlarımızın torpaq həsrətini Böyük Qayıdış əvəzləyir.

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərlərinin hər biri  bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsinə,  Böyük Qayıdışın  tam şəkildə başa çatmasına yönələn addımlarla diqqətdə olur.  Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlətimizin siyasətində prioritet  məsələdir. Ölkə Prezidentinin son illərdə bölgələrə səfərlərinə diqqət yetirsək  görərik ki, bu səfərlərin böyük əksəriyyəti işğaldan azad edilmiş ərazilərimizədir. Buna əmin olmaq üçün təkcə may ayının ilk günlərinə diqqət yetirmək kifayətdir. Prezident  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam, Xocavənd, Füzuliyə səfərləri, həmçinin dövlət başçısının Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl  rayonlarına səfəri yeni infrastruktur layihələrinin təməlinin qoyulması ilə yadda qaldı. Eyni zamanda, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə   Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda  iştirakı dövlət başçısının bu torpaqların bərpası işinin tezliklə başa çatdrılaraq soydaşlarımızın öz doğma yurd-yuvalarına  qayıtmaları üçün  biri-birindən mühüm addımlar atdığını nümayiş etdirir".

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, əzəli və əbədi sahibinə qovuşmuş torpaqlarımızda tarixi və dini abidələrin  bərpası, həmçinin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğinə xidmət edən addımların atılması  görülən işlərin  əsasında dayanır: "Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Ağdam Muğam Mərkəzinin təməlini qoymaları bir daha təsdiq etdi ki,  qədim və zəngin mədəniyyətimizin vizit kartı muğamın  təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Son dövrlərdə yaradılan muğam mərkəzlərinin  muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyəti var. Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyət sahəsinin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq. “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırılan Ağdam  müasir tələblər səviyyəsində yenidən qurulan “ağıllı şəhər”ə çevrilir.  Təkcə Ağdam şəhərində təməli qoyulan  sosial obyektlərin say tərkibinə diqqət  yetirməklə bir daha bunun şahidi oluruq. Ağdam Rəqəmisal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, 2-ci, 3-cü yaşayış məhəlləsinin, həmçinin inzibati binanın  təməlqoyma mərasimləri keçirildi. Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış oldu. Dövlət başçısının səfərdə olduğu digər rayonlarda da təməli qoyulan  obyektlərin sayı  çoxluq təşkil edir. Təbii ki, bu addımların əsasında iqtisadi və maliyyə imkanları dayanır.  Daim bu  reallıq qeyd edilir ki, Azərbaycan dünya hərb tarixində  imza atdığı ilklə tarixə düşdü. Müharibə başa çatan kimi bu torpaqlarda bərpa-qurculuq işlərinə start vermək qeyri-mümkün görünürdü. Amma Azərbaycan bu işlərə  öz maliyyə imkanları hesabına sıfırdan başladı. Dövlət  başçısının bu günlər ərzində səfər etdiyi rayonlarda  yaşayış məhəllələrinin təməli qoyulması Böyük Qayıdışa çağırışdır".

YAP Xətai rayon təşkilatının sədri  bildirib ki, dövlət başçısı İlham Əliyevin bu torpaqlardan  səsləndirdiyi mesajlar konkret hədəfə istiqamətlənir: "Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa iqtisadi, siyasi, humanitar mərkəz kimi diqqətdədir. ADA Universitetinin təşkilatçılığı ilə keçirilən növbəti konfransda Prezident İlham Əliyevin çıxışı, Ona ünvanlanan sualları təmkinlə, əsaslı şəkildə cavablandırması dünya mətbuatının  diqqətindən kənarda qalmadı. Dövlət başçısının diqqət göstərdiyi əsas məsələlərdən biri məhz Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi oldu.

Görünən budur ki, Ermənistan işğal dövründə keçmiş Minsk qrupunun fəaliyyətdə olduğu zamanda  istifadə etdiyi taktikanı yenidən tətbiq etməyə çalışır.  O zaman işğalçı dövlət torpaqları geri qaytarmaq istəmirdi. Bu səbəbdən də sülh danışıqlarına imitasiya naminə qatılır, çox hallarda hərbi təxribatlar törətməklə danışıqların baş tutmamasına səy göstərirdi. Bugünkü reallıqlar isə onu göstərir ki, Ermənistan yeni ağalar axtarışındadır. Onlardan sülh müqaviləsinin imzalayıb-imzalamaması ilə bağlı təklif gözləyir. Təbii ki, sülh müqaviləsinin imzalanması təklifi Azərbaycan tərəfinin işğalçı dövlətə verdiyi son şansdır. Azərbaycan bu günədək yaşadığı faciələri, erməni vəhşiliklərini bir kənara qoyub Ermənistanla münasibətlərində yeni səhifə açmağa çalışdığı, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini bildirdiyi halda qarşı tərəfin bu humanistlikdən bəhrələnməyə səy göstərməməsi göz qabağındadır.  Azərbaycan sülh mövqeyindən çıxış edir".

Vüqar Rəhimzadə vurğulayıb ki, Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb: "Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilə bilər. Konfransın mövzusu, keçirildiyi məkan hədəflərə  aydınlıq gətirir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə bugünədək reallaşdırdığı səfərlər arasında Qarabağın tacı Şuşaya səfər daha çoxluq təşkil edir. Prezident İlham Əliyevin  istər keçirilən tədbirlərdə, istərsə də  görülən işlərlə yaxından tanış olmaq məqsədilə etdiyi səfərlər zamanı bu məkandan səsləndirdiyi mesajların hər biri dünənə baxış əsasında gələcəklə bağlı hədəfləri açıqlayır.  Dövlət başçısı İlham Əliyev beynəlxalq konfrans çərçivəsində  sualları cavablandırarkən həm Azərbaycanın sabitlik məkanı, həm enerji təhlükəsizliyinin təminatçısı, həm də beynəlxalq münasibətlər sistemində ədalətin və beynəlxalq hüququn müdafiəçisi kimi  artan rolunu diqqətə çatdırdı. Bütün bunlar Azərbaycanda Heydər Əliyev siyasətinin davam etməsinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışında “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik” söyləməklə keçmişdən bu gunə və gələcəyə doğru yolun xəritəsini təqdim etdi".

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA