booked.net booked.net  

Rusiya Prezidenti Vladimir Putin Boliviya Prezidenti Luis Arse ilə telefonla ikitərəfli münasibətlərin, o cümlədən ticarət-iqtisadi və enerji sahələrində daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Boliviya tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və çoxmillətli Boliviya dövlətinin prezidenti Luis Arse arasında telefon danışığı olub”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, söhbət zamanı “ticarət-iqtisadi və enerji sahələrində qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsi vurğulanmaqla ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib”.

Kremlin mətbuat xidməti əlavə edib ki, Rusiya Federasiyası və Boliviya liderləri də müxtəlif səviyyələrdə təmasları intensivləşdirməyə razılaşıblar.

“Boliviya lideri Rusiya prezidentini və bütün Rusiya xalqını Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü münasibətilə təbrik edib”, - deyə söhbətin yekununda deyilir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA