booked.netbooked.net booked.net  

Torpaq sürüşməsinin baş verdiyi Raca-Leçxumi bölgəsinin Oni bələdiyyəsi ərazisində xidməti vəzifəsini yerinə yetirən polis məmuru dünyasını dəyişib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, təbii fəlakət bölgəsində ictimai asayişi qoruyan Mirian Celidzenin halı qəfildən pisləşib və o xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib: “Daxili İşlər Nazirliyi Ambrolauri rayon şöbəsinin istintaq xidmətinin müstəntiqi, 1975-ci il təvəllüdlü Mirian Çelidzenin vəfatından dərin hüznlə kədərləndiyini bildirir. Polis mayoru Oni ​​bələdiyyəsində növbətçi olub. O, təbii fəlakət zonasında xilasetmə əməliyyatları çərçivəsində ictimai asayişi qoruyarkən iş qabiliyyətini itirib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyi Mirian Çelidzenin vəfatı ilə əlaqədar onun ailəsinə, yaxınlarına və əməkdaşlarına başsağlığı verir".

Qeyd edək ki, 3 avqust, günorta saatlarında Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində 18 nəfər həyatını itirib, 20-dək şəxsin axtarışı davam etdirilir.

24News.ge 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN