ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya nikah müqaviləsinin şərtlərinə yenidən baxıb.

Onun sözlərinə görə, bu, ərinin Ağ Evə mümkün qayıdışı və onun hazırkı məhkəmə çəkişməsi ilə bağlıdır.

“Səhifə 6” jurnalı məsələ ilə bağlı məlumatlı insanlara istinad edir. Jurnalın həmsöhbətlərindən birinin dediyinə görə, son bir il ərzində Melaniya və komandası sakitcə onunla Donald Tramp arasında yeni “nikahdan sonrakı” razılaşma haqqında danışıqlar aparır.

Jurnal vurğulayır ki, Melaniya oğulları Barron üçün əhəmiyyətli əmlakın saxlanması və artırılmasından narahatdır.

Həmsöhbət əlavə edib ki, o, artıq müqaviləyə ən azı iki dəfə baxıb. Yeni müqavilə vəsait və əmlakı əhatə edir.

Xatırladaq ki, Tramp bundan əvvəl 4 cinayət işi üzrə 91 ittihamla ittiham olunub. İş adamı özü də iddia edir ki, onun günahı yoxdur və baş verənlər demokratların onun ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlməsinə mane olmaq cəhdidir.

Sorğu nəticələrinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın reytinqi hüquqi çətinliklərə baxmayaraq artır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN