Türkiyənin 18 vilayətində ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı ”Qəhrəmanlar” kod adlı genişmiqyaslı antiterror əməliyyatına start verilib və artıq 90 şübhəli saxlanılıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edilib ki, Milli Kəşfiyyat Təşkilatı və təhlükəsizlik qüvvələri separatçı terror təşkilatı PKK-ya qarşı mərkəzi Şanlıurfa olmaqla 18 vilayətdə "Yatmış Hücrə" əməliyyatına başlayıb.

Beləliklə, hazırda mərkəzi Şanlıurfada olan - İstanbul, Antalya, Adana, Bursa, Diyarbakır, Qaziantep, Mardin, Mersin, Dənizli, Konya, Kayseri, Batman, Isparta, Balıkəsir, Şırnakda,  Kocaeli və Amasyada eyni vaxtda başladılan "Yatmış Hücrə" əməliyyatı çərçivəsində 90-a yaxın şəxsin nəzarətə alındığı bildirilib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya sosial şəbəkədəki hesabında bildirib ki, əməliyyatda 13 mindən çox təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edir.

Onun sözlərinə görə, Türkiyədə bu gün səhərədək 466 terrorla mübarizə əməliyyatı keçirilib.

Xatırladaq ki, bazar günü Ankaranın mərkəzində Türkiyənin Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib - bir terrorçu özünü partladıb, digəri zərərsizləşdirilib. Terror cəhdinə görə məsuliyyəti PKK üzərinə götürüb.

Qeyd edək ki, Azərbaycan XİN PKK terror təşkilatının Ankarada terror hadisəsi törətməsini qınayıb və bəyan edib ki, "Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik".

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN