Ukraynanın Avropa Birliyinə qəbulu və inteqrasiyası Avropanın kənd təsərrüfatı bazarı üçün ciddi nəticələrə səbəb ola bilər.

Bunu Almaniya Fermerlər İttifaqının rəhbəri Yoahim Rukvid bildirib.

O əlavə edib ki, Ukraynanın kənd təsərrüfatı sektorunun Avropadan dəfələrlə böyük olması səbəbindən problemlər yarana bilər. Rukvid vurğulayıb ki, Ukraynanın Aİ-yə qəbulu ölkənin inteqrasiyasını nəzərdə tutur və bu, assosiasiya daxilindəki kənd təsərrüfatı firmalarına zərbə vuracaq və bu sahədə ümumi siyasət təşkil etmək cəhdlərini puç edəcək.

Qeyd edək ki, noyabrın 8-də Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldova ilə bir sıra şərtlərə uyğun olaraq onların Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağı tövsiyə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN