Deputat bunun səbəbini bir evdə 6-7 ailənini yaşamasında görür.

Qırğızıstanın Batken vilayətinin Leylek rayonunun Əndərak kəndində il ərzində 12 qadın intihar edib.

 Bu barədə deputat Janar Akayev Joqorku Keneşin iclasında məlumat verib.

Onun sözlərinə görə, “Alyans”ın parlament fraksiyası Oş, Nookat rayonu və Batken vilayətində olub və yerli sakinlərin problemləri ilə tanış olub.

Xalq deputatı Janı-Jerski kənd hökumətində və Əndərak kəndində torpaq çatışmazlığının olduğunu qeyd edərək, bu sərhədyanı ərazilərdə torpaq sahələrinin transformasiyasının (dəyişdirilməsi) sürətləndirilməsini xahiş edib.

“Janı-Jerdə 300 hektar hazır torpaq sahəsi var. Transformasiya olunsaydı, 2 min 700 nəfər torpaq sahəsi alacaqdı. Əndərək kəndində bir evdə altı-yeddi ailə yaşayır. Onlar nə edəcəklərini bilmirlər. Oradakı torpaq sahələri Bişkekdən bahadır. Buna görə də köç edirlər. Sizə qorxulu statistika deyəcəyəm. Son bir ildə 12 qadın intihar edib, onlardan 3-ü sağ qalıb, 9-u dünyasını dəyişib. Biri sirkə içdi, biri özünü asdı... Bütün bunlar bir neçə ailənin bir dam altında yaşaması ilə bağlıdır”, - Janar Akayev bildirib.

Bi dam altında 6-7 ailədə söz-söhbətin olmayacağını heç kəs deyə bilməz. Nəzərə alsaq ki, ayrıca yaşayan ailələrdə belə qanqaraldıcı söhbətlər olur...

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN