Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qəzza zolağının sakinlərinə 27 tondan çox humanitar yardım çatdırıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi 27,5 ton humanitar yük çatdırıb. O, Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək və onlar Rusiya yardımını Qəzza zolağının sakinlərinə yönəldəcək", - nazirlik qeyd edib.

Bu, artıq Fövqəladə Hallar Nazirliyinin Qəzzaya humanitar yardımla 13-cü xüsusi uçuşudur. Ümumilikdə, Rusiya xilasetmə agentliyi tərəfindən bölgəyə 315 tondan çox ərzaq, dərman və ilkin tələbat malları çatdırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN