Qarabağda daha bir nəfər minaya düşüb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Həmin şəxs ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan hərbçiləri ərazilərimizə saysız- hesabsız mina basdırıb. Hətta ermənilərin mina basdıqma şakəri onlara rayonlarımız boşaltmaları üçün verilmiş zamanda da davam edib. Bu humanistlikdən istifadə edən ermənilər yenə də qaniçənliklərindən əl çəkməyiblər. Dəfələrlə Azərbaycan tərəfi beynəlxalq tribunalarda Ermənistanın mina xəritələrini vermələri barədə məsələ qaldırıb. Ermənistan tərəfi isə dəqiq xəritə verməyib. Göründüyü kimi, müharibə bitsə də, Ermənistanın mina terroru davam edir.

Hətta 2 il öncə iki jurnalist həmkarımız  Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində həlak oldu.

Onlar - AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov peşə fəaliyyətlərini yerinə yetirərkən həyatlarını itirdilər.

Artıq Ermənistanın mina terrorunun qurbanlarının sayı 300-ü ötüb.

Statistik məlumatlara görə, 2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 6-dək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 191 mina hadisəsi baş verib, 329 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 48-i mülki, 15-i hərbçi olmaqla 63-ü həlak olub. Həmçinin mina partlayışları nəticəsində ümumilikdə 266 nəfər xəsarət alıb. Onlardan 102-si mülki şəxs, 164-ü isə hərbçidir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN