booked.netbooked.net booked.net  

Saakaşvili başda olmaqla Gürcüstanda bütün keçmiş komanda həbsdədir. Hanı Avropa Şurasının hansısa strukturunun bir qətnaməsi, sanksiyası?

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

O, vurğulayıb ki, Avropa Şurası  Gürcüstan və Ermənistanda baş verənləri görməzdən gəlir, lakin Azərbaycanla bağlı "insan hüquqları pozulur" pərdəsi altında erməni lobbi maraqları üçün işləyir.

"Ermənistanda bütün əvvəlki prezidentlərə qarşı cinayət işləri davam edir. Köçəryan barədə sadəcə prosessual məcburiyyət tədbiri dəyişib, o da Rusiyanın təzyiqi ilə. Amma onların komandansında olanların əksəriyyəti cəza çəkməkdədir. AŞ-ın reaksiyası varmı? Ona görə də insan hüquqları pozulur pərdəsi altında gizlənib erməni lobbi maraqları üçün işləyirlər. Biz hansısa bir milli maraq üçün lobbi işi görəndə dərhal onlar araşdırma aparır, "bizimkiləri" cəlb edir, amma biz onların lobbi fəaliyyətini niyə araşdırmırıq? Bunu araşdıra bilən insanlar və resurslar var axı", - deyə hüquq müdafiəçisi diqqətə çatdırıb.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN