booked.net booked.net  

 Ötən gün Soçidə futbol matçı zamanı Moskvanın “Dinamo” akademiyasının məşqçisi Eqor Kaşin qəflətən ölüb - onun cəmi 23 yaşı var idi.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə akademiyanın mətbuat xidməti məlumat yayıb.

Moskva “Dinamo”sunun baş məşqçisi Yeqor Kaşin ötən gün Soçidə futbol matçı zamanı dünyasını dəyişib. Faciəli insident yerli həvəskarlardan ibarət komanda ilə məşqçilər arasında keçirilən yoldaşlıq görüşü zamanı baş verib.

Bu barədə Baza Telegram kanalı yazıb.

Kanalın yazdığına görə, Kaşin rəqib komandanın oyunçusunun dirsək zərbəsindən sonra beyin qanaması keçirib və ölüb.

“23 yaşlı məşqçi və komandası Soçidə turnirdə idi. Mayın 7-də “Dinamo” ilə həvəskar komanda arasında yoldaşlıq görüşü zamanı rəqib futbolçunun dirsəyi Kaşinin gicgahına dəyib. Zərbədən sonra məşqçi beyin qanaması keçirib” -  Baza Teleqram kanalı yazır.

Təcili tibbi yardım komandası gəlsə də,  idmançının həyatını xilas edə bilməyib  və o, meydançada ölüb.

Hazırda ölümün son səbəbi müəyyənləşdirilir.

“Baza”nın yazdığına görə, hələ 2022-ci ildə Kaşin futbol meydançasında az qala öləcəkmiş. O, məşq zamanı özünü pis hiss edib və huşunu itirib. O zaman  idmançının həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, Yeqor Kaşin bu ilin əvvəlində “Murom” futbol komandasında futbolçu karyerasını başa vurduqdan sonra Moskva “Dinamo” akademiyasının məşqçisi kimi fəaliyyətə başlamışdı.

 

Y.Məmmədli

k

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN