booked.netbooked.net booked.net  

Azərbaycanda məşhur tikinti şirkətləri sırasında olan "Azinvest İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məhkəməyə verilib.

Yerli mətbuatın yazdığına görə, iddiaçı "Aegis Group" MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

Qeyd edək ki, "Azinvest İnşaat" QSC 2000 manatlıq nizamnamə kapitalı ilə 23 fevral 2018-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Seyidməmmədov Anar Tofiq oğludur.

Ölkə mediasında yer alan məlumatlara görə, QSC-nin sədri 2006-2021-ci illərdə gənclər və idman naziri olmuş mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurovdur.

Xatırladaq ki, bu ilin fevral ayında bir qrup Qarabağ qazisi mediaya müraciət edərək Teymur Teymurovun onlara borclu olduğunu bəyan etmişdi. Qazilərin sözlərinə görə, QSC sədrinin onlara 108 000 borcu var. Borc Pirşağı qəsəbəsində yerləşən 10 saylı sanatoriyanın təmir-tikinti işləri ilə bağlı yaranıb. "Azinvest İnşaat" QSC-nin sifarişi əsasında həyata keçirilən bu işlər yekunlaşdırılsa da, şirkə fəhlələrin pulunu ödəməyib.

"44 günlük müharibə ərəfəsində bir dəfə də olsun bizim ailələrlə maraqlanan olmayıb. Onların köməklikləri bir yana, bizim əmək haqqımızı belə vermirlər. Qarabağı azad etdik, amma bunlarda pullarımızı ala bilmirik. Ümidimiz yalnız Prezidentimizədir", - deyə Qarabağ qazilərinin müraciətində bildirilirdi.

"Azinvest İnşaat" QSC-ni məhkəməyə verən "Aegis Group" MMC-yə gəlincə, şirkət 5102 manatlıq nizamnaə kapitalı ilə 21 iyul 2020-ci il tarxidə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Süleymanov Elçin Şəmistan oğludur.

Əgər xatırlayırsınızsa, neçə ay öncə Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda ittiham olunan iş adamı Araz Teymurlunun barəsində cinayət işinin başlanılması barədə məlumat vermişdik. Həmin məlumata görə, Araz Teymurluya Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilirdi. Onu da qeyd edək ki, Araz Teymurlunun cinayət işində iki məşhur şirkətin - "Aztol-Alat" Məhdud Məsuliyyətli Cəmiyyət və "Azinvest İnşaat" Qapalı Səhmdar Cəmiyyətinin də adı keçirdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN