ABŞ prezidentliyinə namizəd Donald Tramp Cənubi Karolinada keçirilən praymerizdə qalib gəldikdən sonra qarşıdan gələn seçkilərdə hazırkı dövlət başçısı Co Baydenə qalib gələcəyinə əmin olduğunu bildirib.

Bu barədə “The Hill” yazır.

"Biz noyabrın 5-də burada olacağıq və Co Baydenə baxacağıq və onun gözünün içinə baxacağıq. O, ölkəmizi məhv edir və biz deyəcəyik: Co, sən işdən çıxarıldın. Çıx get. Çıx, Co. İşdən çıxarıldın", - Tramp deyib.

Tramp həmçinin qeyd edib ki, o, heç vaxt Respublikaçılar Partiyasını indiki kimi “birləşmiş” görməmişdir.

“Və sadəcə demək istəyirəm ki, mən Respublika Partiyasını indiki qədər vahid görməmişəm”, - deyib.

Bundan əvvəl Tramp Cənubi Karolinada keçirilən ilkin seçkilərdə qalib gəldiyini bildirmişdi.

Donald Tramp seçkiqabağı çıxışında daha əvvəl qələbəsindən sonra siyasi rəqiblərinə qarşı “intiqam”dan danışmışdı. O, “ölkəni geri qaytara” biləcəyini qeyd etdi. Trampın sözlərinə görə, 5 noyabr “zəhmətkeş amerikalılar” üçün yeni “azadlıq günü” olacaq.

​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN