Ermənistan hakimiyyəti İrəvan Zvartnots hava limanında Rusiya FTX sərhədçilərinin olub-olmamasının mümkünlüyünü müzakirə edir.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə parlamentin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan brifinqdə bildirib.

"Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik bir qərar yoxdur", - deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.

Brifinqin digər iştirakçısı, həmin fraksiyadan olan deputat Vladimir Vardanyan əlavə edib ki, “erməni qüvvələri ölkənin hava sərhədlərini qorumalıdır”.

​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN